Categories: BugünGÜNDEM

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilmiş müsabiqələrin təşkilatçı və qalibləri ilə görüş olub

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilmiş müsabiqələrin təşkilatçı və qalibləri ilə görüş olub

2024

 

 

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilmiş müsabiqələrin təşkilatçı və qalibləri ilə görüş olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ildə Misirdə keçirilən müsabiqələrin təşkilatçı və qalibləri ilə görüşüb.

Qonaqları Bakıda salamlamaqdan məmnun olduğunu deyən sədr iki ölkə arasında əlaqələrin getdikcə dərinləşdiyini bildirib, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin birgə keçirdiyi müsabiqələrin əhəmiyyətinə toxunub, Komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Azərbaycan evləri, Koordinasiya şuraları və Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verib. Ermənistanın Azərbaycana təcavüzünün torpaqlarımızın 20 faizinin işğal olunması və 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi ilə nəticələndiyini, 30 illik işğala 44 gün ərzində son qoyulduğunu bildirib. Qeyd edib ki, xarici qonaqların, xüsusən müsəlman ölkələrinin vətəndaşalrının Qarabağda dini və mədəniyyət abidələrinə qarşı erməni vandalizminin nəticələri ilə tanış olması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yolunda mühüm addımdır.

Səmimi qəbula görə təşəkkür edən qonaqlar Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında dilimizə yiyələndiklərini, nəticədə Azərbaycan və bütövlükdə türk dünyasının mədəniyyətinə çıxış əldə etdiklərini bildiriblər. Ermənilər tərəfindən Şuşa şəhərində törədilmiş vandalizm aktlarını pisləyən misirli qonaqlar Şuşaya səfər etdiklərini və burada aparılan bərpa-yenidənqurma işlərinin sürətinə heyran qaldıqlarını vurğulayıblar.

Sonda qonaqlara xatirə hədiyyələri, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Misirdə Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirova isə “Heydər Əliyevin 100 illiyi” xatirə medalı təqdim olunub.

Qeyd edək ki, Komitənin dəstəyi ilə təşkil olunan, 5-9 may tarixini əhatə edən səfərin məqsədi Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi, misirli gənclərin Vətənimizin qədim tarixi və zəngin mədəniyyəti ilə yaxından tanışlığıdır. Səfər çərçivəsində misirli qonaqlar Şuşa şəhərində və Bakının bir sıra görməli yerlərində olub, Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ulu-onder-heyder-eliyevin-100-illiyi-munasibetile-2023-cu-ilde-misirde-kecirilmis-musabiqelerin-teskilatci-ve-qalibleri-ile-gorus-olub-4650

 

 

zline

Recent Posts

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub

Marneulidə Zəfər Günü münasibətilə cüdo turniri təşkil olunub.

19 dakika ago

Nyu Yorkda “Divanü lüğət-it türk”ün latın qrafikalı ilk əlyazmasının yeni nəşri təqdim olunub

Nyu Yorkda "Divanü lüğət-it türk"ün latın qrafikalı ilk əlyazmasının yeni nəşri təqdim olunub 2024 Nyu…

36 dakika ago

“Birleşik Rusya” 15 Kasım’da “Artek Halkı” uluslararası eylemini başlatacak

"Birleşik Rusya" 15 Kasım'da "Artek Halkı" uluslararası eylemini başlatacak.

2 saat ago

Глава государства Касым-Жомарт Токаев принял участие в первом форуме работников сельского хозяйства

Глава государства Касым-Жомарт Токаев принял участие в первом форуме работников сельского хозяйства.

4 saat ago

Meeting with the UN Resident Coordinator in Tajikistan

Meeting with the UN Resident Coordinator in Tajikistan.

5 saat ago

US-SEN’den Türkiye Tekvando Federasyonu’na Nezaket Ziyareti

US-SEN'den Türkiye Tekvando Federasyonu'na Nezaket Ziyareti.

7 saat ago