Categories: DÜNYA

nazir Ceyhun Bayramovun Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşünə dair məlumatı

No:028/22, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya ilə görüşünə dair məlumatı


29 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının gömrük xidmətinin 30 illik fəaliyyəti müddətində göstərdiyi dəstəyə görə ÜGT-yə və təşkilatla səmərəli əməkdaşlığın təmin edilməsində oynadığı rola görə Baş katibə öz minnətdarlığını bildirib. Nazir, Kunio Mikuriyanı 29 yanvar 2022-ci il tarixində ölkə başçısının müvafiq Sərəncamı ilə “Dostluq Ordeni” ilə təltif edilməsi münasibətilə təbrik edib.

Azərbaycanın Şərqlə Qərb arasında körpü və müxtəlif marşrutların qovşağında yerləşən ölkə qismində strateji mövqeyinə toxunan nazir, ölkəmizin tranzit imkanlarından danışıb. O, indiyədək regionda xüsusilə enerji və nəqliyyat sahəsində beynəlxalq əhəmiyyətli nəhəng layihələrin müvəffəqiyyətlə həyata keçirildiyini vurğulayaraq, hazırkı şəraitin yaratdığı geniş imkanlardan ÜGT-nin də dəstəyindən və təcrübəsindən istifadə etməklə faydalanmağın vacibliyini ifadə edib.

Nazir bölgədə münaqişə sonrası vəziyyətdən danışaraq, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanların yarandığını və bu xüsusda Azərbaycan tərəfindən konkret addımların atıldığını qeyd edib. O, ölkəmizin regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının təşəbbüskarı kimi çıxış etdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Baş katib Kunio Mikuriya nazir Ceyhun Bayramova səmimi qəbula görə minnətdarlığını bildirib. O, Azərbaycanın xüsusilə gömrük sahəsində yaxşı bir model ölkə olduğunu və bu təcrübədən digər ölkələrin, xüsusilə Avrasiya bölgəsi və Mərkəzi Asiya ölkələrinin faydalanmasını daim tövsiyə etdiyini diqqətə çatdırıb. Baş karib Azərbaycanla Ermənistan arasında əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı etimad yaradan addımların atılmasının, beynəlxalq və regional səciyyəli birgə layihələrin icra edilməsinin vacibliyinə toxunub. O, ÜGT-nin bu prosesə dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Baş katibin Azərbaycan gömrük xidmətinin 30 illiyinin qeyd edildiyi bir tarixdə ölkəmizə səfər etməsini yüksək qiymətləndirdiyini vurğulayaraq, qarşı tərəflə bundan sonra da əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə səylərini əsirgənməyəcəyini vurğulayıb.

Paylaş

kaynak:https://mfa.gov.az/az/news/no02822

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluş yıldönümü nedeniyle Girne Kapısı’ndaki Atatürk Anıtı önünde düzenlenen törene katıldı

Cumhurbaşkanı Ersin Tatar, Kuzey Kıbrıs Türk Cumhuriyeti’nin kuruluş yıldönümü nedeniyle Girne Kapısı’ndaki Atatürk Anıtı önünde…

1 saat ago

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL.

3 saat ago

ذكرى تأسيس سعيدة لجمهورية شمال قبرص التركية من أسفا القابضة رئيس مجلس الإدارة آساف أتاسوي

ذكرى تأسيس سعيدة لجمهورية شمال قبرص التركية من أسفا القابضة رئيس مجلس الإدارة آساف أتاسوي.

4 saat ago

ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ…

5 saat ago

HAPPY ANNIVERSARY OF THE FOUNDATION OF THE TURKISH REPUBLIC OF NORTHERN CYPRUS FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD ASAF ATASOY

HAPPY ANNIVERSARY OF THE FOUNDATION OF THE TURKISH REPUBLIC OF NORTHERN CYPRUS FROM ASFA HOLDING…

5 saat ago

«Единая Россия» обновила состав Центрального совета сторонников партии

«Единая Россия» обновила состав Центрального совета сторонников партии.

6 saat ago