Categories: BugünGÜNDEM

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

 

 

 

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

2022

İtaliyadakı icmamız Heydər Əliyevin anım tədbirinə qatılıb

İtaliyanın paytaxtı Romada yaşayan və fəaliyyət göstərən Azərbaycan icması müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak edib.

 

Tədbir xalqımızın ümummilli liderinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək böyük öndərin ölkəmizin müstəqilliyinin bərpa olunması, qurulması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən və həyata keçirdiyi strategiyadan bəhs edib. Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Heydər Əliyevin xüsusi rolunu xatırladıb və onun 1997-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Prezidenti kimi İtaliyaya səfərinin əhəmiyyətini vurğulayıb.

 

Qeyd edib ki, ümummilli liderin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Hazırda Azərbaycan-İtaliya münasibətlərinin çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi nəzərə çatdırılıb.

 

Tədbirdə ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Kaynak:http://diaspor.gov.az/az/news-detail/italiyadaki-icmamiz-heyder-eliyevin-anim-tedbirine-qatilib-2057

 

 

 

zline

Recent Posts

Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü

Olaylar Akorda Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü 2024     🇰🇿🇷🇺 Мемлекет басшысы…

1 saat ago

Мемлекет басшысы Ресей Президентімен кездесті

Жаңалықтар Ақорда Мемлекет басшысы Ресей Президентімен кездесті 2024 жылғы   🇰🇿🇷🇺 Мемлекет басшысы Ресей Президентімен…

3 saat ago

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub , 2024     Avstriyada Millətlər Festivalında Azərbaycan…

5 saat ago

Meeting of the CICA Senior Officials Committee

Meeting of the CICA Senior Officials Committee .2024 https://x.com/MOFA_Tajikistan/status/1807319646720151592       Previous Next  …

6 saat ago

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib

Nyu Yorkda İpək Yolu Festivalı keçirilib , 2024 Nyu Yorkda İpək Yolu Festivalı keçirilib  …

7 saat ago

В Ростовской области женский клуб «Единой России» провёл мастер-класс по изготовлению памятных сувениров для участников СВО

В Ростовской области женский клуб «Единой России» провёл мастер-класс по изготовлению памятных сувениров для участников…

8 saat ago