İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib
, 2023
İsraildəki Azərbaycan diasporuna ağır itki üz verib
İsraildə yaşayan tanınmış jurnalist Saveli Perets ömrünün 93-cü ilində dünyasını dəyişib.
Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra Saveli Perets “Literaturnı Azərbaycan” jurnalında, “Bakinski raboçi” qəzetində və “Azərinform” (indiki AzərTAC) Dövlət İnformasiya Agentliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb.
1990-cı ildən İsrailə köçən jurnalist “Naşa strana” qəzetində çalışmağa başlayıb, sonra “Kruq” jurnalında baş redaktorun müavini vəzifəsinə yüksəlib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təsis qurultayına hazırlıq üzrə təşkilat komitəsinin üzvü olub.
Ömrünün sonunadək Azərbaycan və İsrailin rifahı naminə fəaliyyət göstərib, hər iki ölkənin maraqlarını müdafiə edib. Bütün həyatı boyu doğma Bakıya sevgisini saxlayıb və Azərbaycan paytaxtını heyrətamiz hərarətlə xatırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının fəallarına dərin hüznlə başsağlığı verir. Tanınmış jurnalist və səmimi insan Saveli Peretsin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/israildeki-azerbaycan-diasporuna-agir-itki-uz-verib-2571