Categories: KÜLTÜR SANAT

“Go Turkiye” proqramı çərçivəsində beş ölkədən olan Jurnalistlər Türkiyədə səfərdədir – ÖZƏL

Ülker Piriyeva – Azerbaycan

1453 Kral Media xəbər verir ki, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm nazirliyinin dəvəti ilə “Go Turkiye” proqramı çərçivəsində Türkiyənin turizm potensialının tanıdılması məqsədilə dünyanın beş ölkəsindən olan nüfuzlu media şirkətlərinin nümayəndələri İstanbulda görüşüb.

Belə ki, “Go Türkiye” proqramında Azərbaycanı Ülkər Piriyeva-Azadmedia.az, Elnarə Kərimova, Qırğızıstanı Aziza Satimbekova, Qazaxıstanı Dauetbai Nurmakhnov, Nuradin Rakai, Bosniya-Hersoqovinanı Senad Omerasevic və Rumıniyanı Luminita Nimerenco, Constantin Plamadeala təmsil edirlər.

Nəzərinizə çatdıraq ki, “Go Turkiye” turu çərçivəsində İstanbul, Eskişehir, Afyon və Kütahya şəhərlərinin turizm potensialının tanıdılması nəzərdə tutulub və tur 6-11 oktyabr tarixlərini əhatə edir.

Dünyanın beş ölkəsindən olan Jurnalistlər İstanbul daxil olmaqla, Eskişehirdə -Sivrihisar Ulu Camii, Odunpazarı və muzeylər, Afyonda – Ulu Camii və Mevlihane, UNESCO listesinde olan Ulu Camii, GastroAfyon – Gastronomiya festivalı, Kütahyada – Zeus tapınağı – Teatr və Muzey, Kütahya Arxeologiya muzeyi, Ulu Camii, Küthya Mədəniyyət və İncəsənət evi və başqa yerləri ziyarət ediblər.

Bəli, Türkiyə Cumhuriyyəti sizləri milyonlarla ulduzun altında təbiətin qoynunda unudulmaz səyahətə dəvət edir. 1453 Kral Media dəyərli oxucularına təqdim edir – Türkiyənin Qlobal Turizm Tanıtım Platforması – GoTurkiye.com
Türkiyənin Qlobal Turizm Tanıtım Platforması GoTurkiye.com Türkiyə haqqında məlumat almaq və səyahətlərini planlaşdırmaq istəyən bütün istifadəçilərə ölkənin mədəniyyət və turizm dəyərlərini bir dam altında təqdim edir.

Belə ki, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyi – TGA tərəfindən ən son texnologiya və müasir dizayn tendensiyalarına uyğun olaraq hazırlanan bu platforma ilə yüksək səviyyəli istifadəçi təcrübəsi hədəflənib ki, bunun vasitəsilə də istifadəçilər Türkiyə ilə bağlı əhatəli məzmundan daha çox faydalanmaqdadırlar.

zline

Recent Posts

Birleşik Rusya, MGER ve Tüm Rusya Sambo Federasyonu ülke çapında bir dizi sambo turnuvası başlattı

Birleşik Rusya, MGER ve Tüm Rusya Sambo Federasyonu ülke çapında bir dizi sambo turnuvası başlattı.

46 dakika ago

Aberdin Universitetində orientasiya günü keçirilib

Aberdin Universitetində orientasiya günü keçirilib.

2 saat ago

İlham Aliyev Cebrail’de inşa edilen konut kompleksinin açılışına katıldı

İlham Aliyev Cebrail'de inşa edilen konut kompleksinin açılışına katıldı.

3 saat ago

Yerusəlimdə azərbaycanlı rejissorun “Ananın duası” filmi göstərilib

Yerusəlimdə azərbaycanlı rejissorun "Ananın duası" filmi göstərilib.

4 saat ago

Devlet başkanı, Avrupa Adaletin Etkinliği Komisyonu (CEPEJ) Başkanı Francesco Depasquale’yi kabul etti

Devlet başkanı, Avrupa Adaletin Etkinliği Komisyonu (CEPEJ) Başkanı Francesco Depasquale'yi kabul etti.

6 saat ago

Başkan öğretmenleri mesleki tatillerinden dolayı tebrik etti

Başkan öğretmenleri mesleki tatillerinden dolayı tebrik etti.

13 saat ago