Categories: SİYASET

Girne şəhərində Heydər Əliyevin 100 illiyi və Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib

 

 

 

Girne şəhərində Heydər Əliyevin 100 illiyi və Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib
, 2023
Girne şəhərində Heydər Əliyevin 100 illiyi və Azərbaycanın Müstəqillik Günü təmtəraqla qeyd edilib
Şimali Kipr Türk Respublikasının Girne şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və 28 May – Müstəqillik Günü münasibətilə təntənəli tədbir keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzində baş tutan tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca böyük öndərlər Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Cümhuriyyət qurucularının və ölkələrimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

Tədbirdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Türkiyənin Şimali Kipr Türk Respublikasındakı səfiri Metin Feyzioğlu, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Elbəy Əli, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri və başqaları çıxış ediblər.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz xidmətlərini diqqətə çatdıran natiqlər hər iki liderin adının türk tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Hazırda türk dövlətləri arasında birliyin, vəhdətin, dostluq və qardaşlığın qorunub saxlanılması istiqamətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən birgə qətiyyətli addımların atıldığı vurğulanıb. Azərbaycanla Şimali Kipr arasında əlaqələrin gündən-günə inkişaf etdiyi, iki ölkə arasında qurulmuş körpülərin xeyli gücləndiyi, müxtəlif sahələr üzrə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının zəruriliyi bildirilib.

Tədbirin bədii hissəsində gənc bəstəkar-müğənni Elçin Cəfərovun və Şimali Kipr Çağdaş Musiqi Dərnəyi Orkestrinin ifasında konsert proqramı təqdim olunub.

 

 

 

Qeyd edək ki, tədbirdə Şimali Kiprin millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Alsancaq bələdiyyəsinin sədri, soydaşlarımız və media təmsilçiləri iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/girne-seherinde-heyder-eliyevin-100-illiyi-ve-azerbaycanin-musteqillik-gunu-temteraqla-qeyd-edilib-3074

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti…

4 saat ago

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı , 2024 Könüllülər proqramının növbəti mərhələsi başa çatdı📎 https://t.co/XK3iP7tYba…

7 saat ago

Глава государства провел встречу с Президентом России

События Акорда Глава государства провел встречу с Президентом России 2024 года     🇰🇿🇷🇺 Мемлекет…

9 saat ago

Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü

Olaylar Akorda Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü 2024     🇰🇿🇷🇺 Мемлекет басшысы…

11 saat ago

Мемлекет басшысы Ресей Президентімен кездесті

Жаңалықтар Ақорда Мемлекет басшысы Ресей Президентімен кездесті 2024 жылғы   🇰🇿🇷🇺 Мемлекет басшысы Ресей Президентімен…

12 saat ago

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub , 2024     Avstriyada Millətlər Festivalında Azərbaycan…

14 saat ago