Girne şəhərində “Beynəlxalq Uşaq Şənliyi” təşkil olunub
Şimali Kiprin #Girne şəhərində 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Beynəlxalq Uşaq Şənliyi” adlı tədbir keçirilib.https://t.co/CG7dweuR0x#AzerbaijaniDiaspora pic.twitter.com/6hUp5BhsK7
— Azerbaijani Diaspora (@DiasporaAz) April 26, 2023
Girne şəhərində “Beynəlxalq Uşaq Şənliyi” təşkil olunub
, 2023
Girne şəhərində “Beynəlxalq Uşaq Şənliyi” təşkil olunub
Şimali Kiprin Girne şəhərində 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Beynəlxalq Uşaq Şənliyi” adlı tədbir keçirilib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin və Lefkoşa Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan tədbir Türkiyədəki dağıdıcı zəlzələdən sonra Şimali Kipr Türk Respublikasında yerləşmək məcburiyyətində qalan uşaqlara mənəvi dəstək göstərilməsi məqsədilə həyata keçirilib.
Cəmiyyətin nəzdindəki Mədəniyyət Mərkəzində gerçəkləşdirilən tədbirdə Şimali Kiprdə yaşayan soydaşlarımızın övladları və türk dövlətlərini təmsil edən uşaqlar iştirak ediblər.
Şənlik iştirakçılarını salamlayan cəmiyyətin sədri Orxan Həsənoğlu çıxışını Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamları ilə başlayıb. “Böyük öndərlərimiz bu qiymətli kəlamları bizə miras qoyublar. Bu gün hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birliyimizin daha da möhkəmlənməsi naminə ciddi siyasi iradə sərgiləyirlər. Türkiyənin yaşadığı ağır təbii fəlakətin açdığı yaraları birlikdə sarmaq üçün əl-ələ vermişik. Bu birlik gələcəyimiz olan uşaqların həyatının ən qısa zamanda normal məcraya qayıtmasına səbəb olacaq. Türkiyə-Azərbaycan birliyi əbədi olacaq!”, – deyə Orxan Həsənoğlu vurğulayıb.
Şimali Kiprin #Girne şəhərində 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Beynəlxalq Uşaq Şənliyi” adlı tədbir keçirilib.https://t.co/CG7dweuR0x#AzerbaijaniDiaspora pic.twitter.com/6hUp5BhsK7
— Azerbaijani Diaspora (@DiasporaAz) April 26, 2023
Tədbirdə çıxış edən Lefkoşa Yunus Əmrə İnstitutunun müdir əvəzi Abdulah Aktaş şənliyin təşkil olunmasına görə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinə təşəkkürünü bildirib. İki qardaş ölkənin dağıdıcı zəlzələdən sonra birlikdə hərəkətə keçdiyini, Azərbaycan dövlətinin və xalqının bütün imkanlarını səfərbər etdiyini xatırladıb. Müxtəlif ölkələri təmsil edən uşaqların beynəlxalq atmosferdə birlikdə olmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbir azərbaycanlı şagirdlərin şeirlər söyləməsi, musiqi nömrələrinin təqdim olunması, ebru, seramika sənətləri, milli oxçuluq və digər əyləncəli oyunların nümayiş etdirilməsi ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/girne-seherinde-beynelxalq-usaq-senliyi-teskil-olunub-2850