Categories: BugünGÜNDEM

Dövlət Komitəsində Şimali Kipr Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyinin üzvləri ilə görüş keçirilib

 

 

Dövlət Komitəsində Şimali Kipr Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyinin üzvləri ilə görüş keçirilib

14 fevral, 2024

 

 

 

 

Dövlət Komitəsində Şimali Kipr Türk Cümhuriyyətinin Çağdaş Musiqi Dərnəyinin üzvləri ilə görüş keçirilib

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) fəaliyyət göstərən Çağdaş Musiqi Dərnəyinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

 

 

 

Qonaqları salamlayan V.Hacıyev onlara komitənin fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. Türk dövlətləri arasında əməkdaşlığın günü-gündən genişləndiyini, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusla üzvlüyünün bu əməkdaşlığı daha da genişləndirdiyini vurğulayaraq, Girnə şəhərində Azərbaycan Evinin fəaliyyətə başlayacağını bildirib.

 

 

 

 

Səmimi qəbula görə təşəkkür edən ŞKTC-nin Bakı təmsilçisi Ufuk Turganer və Çağdaş Musiqi Dərnəyinin sədri Ersin Tünay Şimali Kiprlə Azərbaycan arasında humanitar və mədəni əlaqələrin səviyyəsinin getdikcə yüksəlməsindən məmnunluqlarını bildiriblər.

 

 

 

 

Görüşdə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da iştirak edib.

 

 

 

 

Qeyd edək ki, kiprli musiqiçilər Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi tədbirləri çərçivəsində fevralın 11-də Naxçıvanda “Tək Səs Tək Ürək” adlı konsert proqramı ilə çıxış ediblər. Fevralın 14-də isə Bakıda Nizami Kino Mərkəzində səhnəyə çıxacaqlar.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-simali-kipr-turk-cumhuriyyetinin-cagdas-musiqi-derneyinin-uzvleri-ile-gorus-kecirilib-4220

 

 

 

 

 

zline

Recent Posts

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Estoniyada Azərbaycan Mədəniyyəti Günü keçirilib.

3 saat ago

Üst Düzey Yan Etkinliğe Katılım

Üst Düzey Yan Etkinliğe Katılım.

4 saat ago

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı

Kuveyt Devleti Dışişleri Bakan Yardımcısı ile Toplantı.

6 saat ago

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait

Meeting with Deputy Minister of Foreign Affairs of the State of Kuwait.

7 saat ago

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi

Göcek’te Rober Güler’in Teknesinde Sürpriz Buluşma: Yiğit Ergin ve Yakup Biraraya geldi.

9 saat ago

Belçikada Azərbaycan mətbəxi nümayiş olunub

Belçikada Azərbaycan mətbəxi nümayiş olunub.

10 saat ago