Categories: BugünGÜNDEM

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

 

 

 

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

2023

Diaspor gəncləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər

 

 

 

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda təşkil edilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları Bakıda Fəxri Xiyabanı və II Şəhidlər Xiyabanını ziyarət ediblər.

Öncə düşərgə iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun xatirəsini ehtiramla yad ediblər.

Sonra gənclər II Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın ruhu qarşısında baş əyiblər.

Daha sonra ümummilli liderin adını daşıyan Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

 

 

 

Qeyd edək ki, Diaspor Gənclərinin IV Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2023-cü ilin 12-18 avqust tarixlərində gerçəkləşdiriləcək. Düşərgənin tərəfdaşı Heydər Əliyev Fondu, təşkilati dəstək Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi nümayəndəliyinə məxsusdur.

Diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan IV Yay Düşərgəsində 53 ölkəni təmsil edən 100-dən çox gənc iştirak edir. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var. Layihənin Heydər Əliyevin bir əsr öncə dünyaya gəldiyi qədim Naxçıvan şəhərində keçirilməsi xüsusi önəm daşıyır.

 

 

 

 

2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Diaspor Gənclərinin I Yay Düşərgəsi 2018-ci ildə Şəkidə, “Nəsimi – 650” II Yay Düşərgəsi 2019-cu ildə Şamaxıda, “Şuşa – 270” III Yay Düşərgəsi isə 2022-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-gencleri-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edibler-3325

 

 

 

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti

Cumhurbaşkanı Ersin Tatar, KKTC’nin Doha Temsilciliği Misyon Şefi görevine yeni atanan Huriye Hançerli’yi kabul etti…

1 saat ago

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı

Könüllülər proqramının növbəti mərhələsi başa çatdı , 2024 Könüllülər proqramının növbəti mərhələsi başa çatdı📎 https://t.co/XK3iP7tYba…

3 saat ago

Глава государства провел встречу с Президентом России

События Акорда Глава государства провел встречу с Президентом России 2024 года     🇰🇿🇷🇺 Мемлекет…

6 saat ago

Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü

Olaylar Akorda Devlet başkanı Rusya Devlet Başkanı ile görüştü 2024     🇰🇿🇷🇺 Мемлекет басшысы…

7 saat ago

Мемлекет басшысы Ресей Президентімен кездесті

Жаңалықтар Ақорда Мемлекет басшысы Ресей Президентімен кездесті 2024 жылғы   🇰🇿🇷🇺 Мемлекет басшысы Ресей Президентімен…

9 saat ago

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub

Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub , 2024     Avstriyada Millətlər Festivalında Azərbaycan…

11 saat ago