Azərbaycanlı pianoçu Yaponiyada keçirilən beynəlxalq festivalda çıxış edib
2024
Azərbaycanlı pianoçu Yaponiyada keçirilən beynəlxalq festivalda çıxış edib
Yaponiyanın Zama şəhərində “Zama Beynəlxalq Mübadilə Festivalı” keçirilib. Festivalda ABŞ, Peru, Çin və Yaponiya ilə yanaşı Azərbaycan musiqiləri də səsləndirilib. Belə ki, Azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Səfərova Vaqif Mustafazadənin “Mart ayı” caz kompozisiyasını və “Qubanın ağ alması” Azərbaycan xalq mahnısını ifa edib.
Festivalda Yaponiyada Azərbaycan-türk simli çalğı alətlərinin mahir ifaçısı kimi tanınan Kiyoşi Ohira da iştirak edib. Onun rəhbərlik etdiyi qrupun ifasında “Ruhani” aşıq havası və “Sudan gələn sürməli qız” xalq mahnısı səsləndirilib.
Festivalda səsləndirilən Azərbaycan musiqiləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-pianocu-yaponiyada-kecirilen-beynelxalq-festivalda-cixis-edib-4237