Categories: KÜLTÜR SANAT

Zəngilan məktəbində mina təhlükəsinə dair interaktiv təlim keçirilib

 

Zəngilan məktəbində mina təhlükəsinə dair interaktiv təlim keçirilib

2024

 

 

 

Zəngilan məktəbində mina təhlükəsinə dair interaktiv təlim keçirilib

 

 

 

Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları “Zəngilan” şəhərciyində məktəblilər üçün mina təhlükəsizliyinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Niderlandın “Mine Mark” Fondunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki Zəngilan rayonu 33 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Təlim çərçivəsində məktəblilərə mina və partlamamış hərbi sursatların növləri, xarakteri, minalanmış və minalardan təmizlənmiş ərazilərdə davranış qaydaları, aidiyyəti üzrə müraciət qaydaları ilə bağlı məlumatlar verilib, məktəblilərin prosesi daha yaxşı qavramaları üçün interaktiv yarışlar-oyunlar keçirilib.

 

 

 

Üç hissədən ibarət təşkil edilən tədbirin ikinci hissəsində məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onların oyunla bağlı təklifləri dinlənilib.

 

 

 

Təlimin sonunda məktəblilərə dəftərxana ləvazimatları hədiyyə edilib, “Məcburi köçkünlər üçün mina təhlükəsizliyi” maarifləndirici broşürləri paylanıb, mövzu ilə bağlı nəzəri biliklər verilib. Bununla yanaşı, onlar Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mina təmizlənməsi prosesi və görülən işlər barədə də məlumatlandırılıblar.

 

 

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi və “Mine Mark” Fondu arasında bir neçə ildir ki, ölkəmizdə mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mina təhlükəsizliyi mövzusunda təlimlərin və maarifləndirmə işlərinin həyata keçirilməsi əyani vəsaitlərlə təmin edilir. Fond tərəfindən Bakıda və bir sıra regionlarda həyata keçirilən layihənin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq məktəblərdə də icrası nəzərdə tutulub.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/zengilan-mektebinde-mina-tehlukesine-dair-interaktiv-telim-kecirilib-4062

 

 

 

 

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

15 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

1 gün ago