Categories: BugünGÜNDEM

Yekaterinburqda Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi keçirilib

 

 

 

 

Yekaterinburqda Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi keçirilib
, 2023

 

 

 

Yekaterinburqda Xocalı soyqırımına ithaf olunmuş klassik musiqi gecəsi keçirilib
Rusiyanın Yekaterinburq şəhərində Xocalı soyqırmının 31-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının təşkilatçılığı, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun, habelə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB – AMOR) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində baş tutan tədbirdə diplomatik korpusun nümayəndələri, yerli ictimai-siyasi xadimlər, digər xalqların diaspor sədrləri və soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Rusiyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Azərbaycanın Yekaterinburqdakı Baş konsulu v.i.e Şöhrət Mustafayev, Ural Federal Universitetinin professoru, azərbaycanşünaslıq kafedrasının müdiri Aleksandr Nesterev və diasporumuzun fəal nümayəndələri çıxış ediblər. Xocalı soyqırımının tarixi və hüquqi aspektlərindən danışan natiqlər erməni terrorizmini hiddətlə pisləyiblər. Bildirilib ki, Xocalıda törədilən hərbi cinayətin soyqırım aktı kimi beynəlxalq səviyyədə qəbul ediləcəyi, hüquqi qiymətin veriləcəyi, baiskarların və cinayətkarların cəzalandırılacağı günü səbirsizliklə gözləyirlər.

Tədbir Oleq Qayumovun dirijorluğu və Ural Dövlət Konservatoriyasının Kamera Orkestrinin müşayiəti ilə Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş anım konserti ilə davam edib.

 

Tədbir çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

 

Play

00:00
02:32
Mute

Settings
Enter fullscreen

Play
FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/yekaterinburqda-xocali-soyqirimina-ithaf-olunmus-klassik-musiqi-gecesi-kecirilib-2485

 

 

 

zline

Recent Posts

ASFA GRUP YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 19 MAYIS MESAJI

ASFA GRUP YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 19 MAYIS MESAJI ASFA GRUP Yönetim Kurulu…

2 saat ago

KW ORSA PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE GAZİANTEP`DEN MEHMET TAŞ `DAN 19 MAYIS MESAJI

KW ORSA PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE GAZİANTEP`DEN MEHMET TAŞ `DAN 19 MAYIS MESAJI KW…

6 saat ago

ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Araban…

7 saat ago

GERCÜŞ ZİRAAT ODASI BAŞKANI ŞEFİK ÖNER `DEN 19 MAYIS MESAJI

GERCÜŞ ZİRAAT ODASI BAŞKANI ŞEFİK ÖNER `DEN 19 MAYIS MESAJI Gercüş Ziraat Odası Başkanı Şefik…

7 saat ago

M. TÜRKİ GÜNDOĞAN `DAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

M. TÜRKİ GÜNDOĞAN `DAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Harran İlçesinde…

7 saat ago

AZİZ AKKUŞ `TAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

AZİZ AKKUŞ `TAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Akkuş Emlak Yönetim…

8 saat ago