No:024/24, Xarici işlər naziri Ceyhun Bayramovun Venesuela xarici işlər naziri ilə görüşünə dair mətbuat məlumatı
19 yanvar 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.
Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi perspektivlərinin mövcudluğunu vurğulayıblar.
Görüş zamanı həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Paylaş
BÜTÜN XƏBƏRLƏR
kaynak:https://mfa.gov.az/az/news/no02424