Categories: SİYASET

Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığına dair mətbuat məlumatı

 

 

 

No:038/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığına dair mətbuat məlumatı

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Nazir Ceyhun Bayramov 1 nəfər əməkdaşın şəhid olduğu və 2 nəfər əməkdaşın yaralandığı İrandakı səfirliyimizə olan terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.

 

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin Səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırlanıb.

 

İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub.

 

İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.

 

Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.

 

Bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub.

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

 

kaynak:https://mfa.gov.az/az/news/no03823

 

 

zline

Recent Posts

“Birleşik Rusya” Herson bölgesinin ön bölgelerinde bir futbol turnuvası düzenledi

“Birleşik Rusya” Herson bölgesinin ön bölgelerinde bir futbol turnuvası düzenledi 2024 Üç ilçenin sokak takımları…

16 dakika ago

«Единая Россия» провела в прифронтовых районах Херсонской области футбольный турнир

«Единая Россия» провела в прифронтовых районах Херсонской области футбольный турнир 2024, Матчи организовали для дворовых…

2 saat ago

Vladimir Yakushev, “Kahramanların Zamanı” projesinin finalistinin akıl hocası oldu

Vladimir Yakushev, “Kahramanların Zamanı” projesinin finalistinin akıl hocası oldu 2024 Birleşik Rusya Genel Konseyi Sekreter…

4 saat ago

Владимир Якушев стал наставником финалиста проекта «Время Героев»

Владимир Якушев стал наставником финалиста проекта «Время Героев» 2024, Врио секретаря Генсовета «Единой России», полномочный…

5 saat ago

Devlet Duması, çalışan emekliler için emekli maaşlarının endekslenmesine ilişkin Birleşik Rusya yasasını oybirliğiyle kabul etti

Devlet Duması, çalışan emekliler için emekli maaşlarının endekslenmesine ilişkin Birleşik Rusya yasasını oybirliğiyle kabul etti…

6 saat ago

Госдума единогласно приняла закон «Единой России» об индексации пенсий работающим пенсионерам

Госдума единогласно приняла закон «Единой России» об индексации пенсий работающим пенсионерам 2024, Партия разработала его…

7 saat ago