Categories: DÜNYA

Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş barədə mətbuat məlumatı

No:358/23, Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş barədə mətbuat məlumatı

 

 

 

 

27 iyun 2023-cü il tarixlərində xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinken ilə görüşüb.

 

 

 

 

Tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırki regional vəziyyəti müzakirə ediblər.

 

 

 

 

 

Nazir Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb. Ermənistan tərəfdən sülh prosesinə maneçilik cəhdləri, bir sıra təhrikçi addımları vurğulanıb. Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.

 

 

 

 

 

İkitərəfli görüşdən sonra, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.

 

 

 

 

 

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

Kaynak:https://mfa.gov.az/az/news/no35823

zline

Recent Posts

Kuzbass’ta Birleşik Rusya’nın desteğiyle erkekler ve kızlar arasında Rusya Sambo Şampiyonası başladı

Kuzbass’ta Birleşik Rusya’nın desteğiyle erkekler ve kızlar arasında Rusya Sambo Şampiyonası başladı 2024 Turnuva “Za…

1 dakika ago

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib

Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda idman yarışları keçirilib , 2024 Bakıda “Pakistan-Azərbaycan Dostluq Kuboku” uğrunda…

2 saat ago

«Единая Россия» выдвинула Игоря Бабушкина кандидатом на выборы главы Астраханской области

«Единая Россия» выдвинула Игоря Бабушкина кандидатом на выборы главы Астраханской области 2024, Кандидатуру действующего главы…

4 saat ago

Derbent’te Birleşik Rusya, 345. Dağıstan Tüfek Tümeni’nin başarısı hakkında “ateşli bir resim” yarattı

Derbent’te Birleşik Rusya, 345. Dağıstan Tüfek Tümeni’nin başarısı hakkında “ateşli bir resim” yarattı 2024 Tüm…

5 saat ago

Amsterdamda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib

Amsterdamda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş poçt markaları çap edilib , 2024…

6 saat ago

Birleşik Rusya aktivistleri, MGER ve Zafer Gönüllüleri Anadyr’deki Chukotka Cephesi anıtına taze çiçekler bıraktı

Birleşik Rusya aktivistleri, MGER ve Zafer Gönüllüleri Anadyr’deki Chukotka Cephesi anıtına taze çiçekler bıraktı 2024…

8 saat ago