Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olduğunu foto beynəlxalq festivalda təqdim olunub
4 mart, 2024
Üzeyir Hacıbəylinin güllələnmiş heykəlinin əks olduğunu foto beynəlxalq festivalda təqdim olunub
Azərbaycanlı fotoqraf Cənubi Koreyanın Yeonguol şəhərində keçirilən “DongGang-2023” beynəlxalq foto-festivalında ölkəmizi təmsil edir.
Dünyanın müxtəlif ölkələrindən “DongGang-2023” beynəlxalq foto-festivalında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olsa da, festivalda yanlız xüsusi istedada malik 19 fotoqrafın fotoları nümayiş olunur. Onların sırasında Türkiyədə yaşayan azərbaycanlı fotoqraf Nurlan Tahirli də var. Soydaşımızın Şuşada lentə aldığı “Natəvanın sarayında panoramik pəncərələrdən mənzərə” və “Üzeyir Hacıbəylinin güllələnmiş heykəli” fotoları sərgidə nümayiş olunur.
Hər il fərqli mövzularda keçirilən festivalın budəfəki mövzusu “Sehirli bilinməyənlər”dir (The Magical Unknowns). Fotolar “DongGang” Fotoqrafiya Muzeyinin yaxınlığında açıq səma altında iri panolarda sərgilənir. Festivalın iyun ayına qədər davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəticəsi olan Nurlan Tahirli son illər müxtəlif beynəlxalq müsabiqələrdə laureat adını qazanıb, çoxsaylı diplom və mükafatlara layiq görülüb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/uzeyir-hacibeylinin-gullelenmis-heykelinin-eks-oldugunu-foto-beynelxalq-festivalda-teqdim-olunub-4360