Türküstanda 28 May – Müstəqillik Günü qeyd olunub
2024
Türküstanda 28 May – Müstəqillik Günü qeyd olunub
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Türküstan Vilayətinin Sayram rayonunda 28 May – Müstəqillik Günü qeyd olunub.
Tədbirdə Qazaxıstan dövlət rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri və yerli ictimaiyyət iştirak edib.
İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.
“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva tədbiri açaraq qonaqları salamlayıb. Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən diaspor rəhbəri müstəqillik tarixindən söz açıb. O, xalqımızın XX əsrin sonunda müstəqillik qazandıqdan sonra üzləşdiyi çətinliklərdən və xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunmasındakı misilsiz xidmətlərindən danışıb.
Daha sonra çıxış edən Karasu kənd icra nümayəndəsi Musantaev Yerkın, “Koğamdık Kelisim” (İctimai Müqavilə) dövlət müəssisəsinin Türküstan vilayəti üzrə nümayəndəsi Yernazar Baynazarov, Sayram rayon İcra Hakimiyyətinin mətbuat katibi Meruert Şontıkov Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik ediblər.
Tədbir Azərbaycandan dəvət olunan musiqiçilərin ifasında bədii hissəsi ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/turkustanda-28-may-musteqillik-gunu-qeyd-olunub-4786