Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub
, 2023
Türkiyə nümayəndə heyəti Dövlət Komitəsində olub
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsi, Şuşa Bəyannaməsinin bu münasibətlərin təməlini möhkəmləndirməsi barədə danışılıb. Qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı təxribatlarının davam etməsi dünya ictimaiyyətinin məlumatlandırılmasını aktual edir və bu işdə Türkiyədəki təşkilatların, vətəndaş cəmiyyətinin də əvəzolunmaz rolu var.
Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq türk dövlətləri ilə, o cümlədən qardaş ölkə ilə birlikdə müxtəlif layihələrin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin rəhbəri Səfər Karakoyunlu səmimi qəbula görə təşəkkür edib, rəhbərlik etdiyi təşkilatın gördüyü işləri xatırladıb, ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verməkdən qürur duyduqlarını dilə gətirib.
Qonaqlar Azərbaycan torpaqlarının işğalı dövründə informasiya müharibəsində yaxından iştirak etdiklərini, bundan sonra daha güclü platformalar üzərindən fəaliyyətlərini davam etdirəcəklərini, bütün qüvvələri ilə Azərbaycanın yanında olacaqlarını nəzərə çatdırıblar.
Sonda qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/turkiye-numayende-heyeti-dovlet-komitesinde-olub-3462