Categories: KÜLTÜR SANAT

San-Remo şəhərində Heydər Əliyevə həsr olunmuş konsert təşkil edilib

 

 

 

San-Remo şəhərində Heydər Əliyevə həsr olunmuş konsert təşkil edilib

 

2023
San-Remo şəhərində Heydər Əliyevə həsr olunmuş konsert təşkil edilib

 

 

 

İtaliyanın San-Remo şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “O Patria Mia” adlı konsert keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, İtaliyada yaşayan azərbaycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı, bəstəkar-musiqiçi Stefano Muskaritolonun təşkilatçılığı ilə San-Remo Teatrında baş tutan tədbirdə Korbetta şəhər meri, yerli ictimaiyyətin tanınmış simaları və KİV nümayəndələri iştirak ediblər.

 

 

 

Konsert öncəsi Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Leyla Həmzəyeva qonaqları salamlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu, vətənimizdə və dünyanın müxtəlif ölkələrində dahi şəxsiyyətə həsr olunmuş tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bu əlamətdar missiyada Komitənin xaricdə yaşayan diaspor fəallarının layihələrini, o cümlədən bəstəkar Kəmalə Əlizadənin “Heydər Əliyev İli” çərçivəsindəki ilk layihəsini dəstəklədiyini vurğulayıb. Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyanın, o cümlədən İtaliyanın musiqi inciləri ilə birlikdə təbliğinin müxtəlif xalqları bir araya gətirdiyi, sülhə, dostluğa, mədəni müxtəlifliyə xidmət etdiyi bildirilib.

 

 

 

Eyni zamanda Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəalliyyət istiqamətləri barədə məlumat verilib. Konsertin təşkil olunmasına görə İtaliyadakı Azərbaycan diasporuna minnətdarlıq ifadə edilib. Soydaşlarımızın dost İtaliyanın ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrinə misilsiz töhfələr verməsi yüksək qiymətləndirilib.

 

 

 

 

Sonra konsertdə Kəmalə Əlizadə (fortepiano), Stefano Muskaritolo (gitara), Tatyana Anisimova (soprano) və Eduard Lyaşuk (bas) çıxış edərək, Almaniya və Azərbaycanın məşhur bəstəkarlarının əsərlərini, eləcə də müəllif bəstələrini, “Ay Laçın”, “Gözəlim sənsən”, “Şuşa üzərində uçmaq” mahnılarını təqdim ediblər. Sənətçiləri maestro Massimo Dal Pranın dirijorluğu ilə Bordiqera şəhər Simfonik Orkestri müşayiət edib.

Konsertdən sonra Korbetta şəhər meri “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilmiş klassik musiqi gecəsini yüksək qiymətləndirib.

Qeyd edək ki, konsertdən öncə beynəlxalq müsabiqələr laureatı, simfonik və kamera əsərlərinin müəllifi Kəmalə Əlizadə həyat yoldaşı ilə birlikdə brifinq keçirib. Layihə barədə ətraflı məlumat verən musiqiçilər jurnalistlərin suallarını cavablandırıblar.

 

 

 

Bakı Musiqi Akademiyasında Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun sinfini bitirmiş Kəmalə xanım təhsilini İtaliyada (İstituto Superiore di Studi Musicali) davam etdirib. Onun əsərləri İtaliya, Niderland, ABŞ, Yaponiya, Çin, Yeni Zelandiya kimi ölkələrdə səslənib. Bəstəkar həyat yoldaşı Stefano Muskaritolo ilə birlikdə xaricdə Azərbaycanla bağlı layihələr həyata keçirir.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/san-remo-seherinde-heyder-eliyeve-hesr-olunmus-konsert-teskil-edilib-3316

 

 

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

18 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

1 gün ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

1 gün ago