Rusiyanın Xalqlar Dostluğu Universitetində intellektual yarışa start verilib
3 mart, 2023
Rusiyanın Xalqlar Dostluğu Universitetində intellektual yarışa start verilib
Rusiya Xalqlar Dostluğu Universitetində “Dostluq” kuboku uğrunda “Nə? Harada? Nə Vaxt?” formatında intellektual yarış keçirilib.
Bu ali məktəb çərçivəsində keçirilən oyun universitetin “Dostluq” Azərbaycan Tələbələri İcmasının başçısı Hüseyn Cəfərovun rəhbərliyi ilə təşkil olunub.
Yarış zamanı komandalar Azərbaycan və digər ölkələrin elm, mədəniyyət və adət-ənənələri ilə bağlı sualları cavablandıraraq, dərin biliklərini, zəngin dünyagörüşlərini və kollektivlə birgə işləmək bacarıqlarını nümayiş etdiriblər.
Bu yarış iyun ayına qədər universitet və universitetlərarası səviyyədə davamlı olaraq təşkil ediləcək. Yekunda qalib komandaların final oyunu keçiriləcək.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/rusiyanin-xalqlar-dostlugu-universitetinde-intellektual-yarisa-start-verilib-2526