Categories: DÜNYA

Rusiyanın müxtəlif şəhərlərində Zəfər Günü qeyd edilib

 

 

 

 

Rusiyanın müxtəlif şəhərlərində Zəfər Günü qeyd edilib

, 2023

 

 

 

 

Rusiyanın müxtəlif şəhərlərində Zəfər Günü qeyd edilib

Rusiya Federasiyasının müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirləri keçirilib.

 

 

 

Dağıstan Respublikasında fəaliyət göstərən “Mahaçqala Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti”nin təşkilatçılığı ilə Mahaçqala şəhərində yaşayan soydaşlarımız bir araya gəliblər. Tədbirdə çıxış edən “Mahaçqala Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti”nin sədri Rakif Əzizov və başqaları Zəfər Günü və Azərbaycanın ərazi bütövlüyünün tam bərpası münasibətilə xalqımızı təbrik ediblər.

Kislovodsk şəhərində keçirilmiş tədbirdə “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Asif Musayev və digər soydaşlarımız çıxış edərək, Qarabağda müharibənin başa çatması və Zəfər Günü münasibətilə xalqımızı təbrik ediblər. “Öz tarixi Vətənimiz və xalqımız üçün qürur duyuruq”, – deyə soydaşlarımız vurğulayıblar.

 

 

Xabarosvk şəhərində baş tutan tədbirdə “Xabarovsk diyarı Azərbaycanlılar Birliyi” İctimai Təşkilatının sədri Məmməd İsgəndərov və başqaları çıxış edərək xalqımızı böyük qələbə münasibətilə təbrik edib, Azərbaycan Prezidentinə və ordumuza minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, Azərbaycan dövləti və xalqı ölkəmizin ərazi bütövlüyü məsələsində barışmaz olduğunu, dövlət maraqlarını müdafiə etdyini bütün dünyaya sübut etdi.

 

 

 

 

 

“Azərbaycan cəmiyyəti Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək möhkəmləndi. Azərbaycan ədaləti, öz suverenliyini bərpa etdi və xalqımız öz doğma torpaqlarına ayaq basdı. Bu, tarixi gündür, ədalətin və qanunların aliliyinin təntənəsidir! Hər birimiz bu günü hər zaman xatırlayacağıq”, – deyə soydaşlarımız vurğulayıblar.

Murmansk şəhərində təşkil edilən tədbirdə soydaşlarımız və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.

 

 

 

 

Tədbirdə çıxış edən Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri Afil Hüseynov və sədr müavini Mehdi Fəyyazlı möhtəşəm tarixi hadisə münasibətilə xalqımıza təbrik sözlərini və xoş arzularını ünvanlayıblar: “Azərbaycanın tarixi 8 Noyabr 2020-ci ildə yenidən yazıldı və biz qələbə qazandıq! Bu möhtəşəm gün münasibətilə xalqımızı təbrik edirik”.

 

 

 

 

Vladivostok şəhərində təşkil edilən tədbirdə çıxış edən Primorsk diyarı “Dostluq” Azərbaycan diasporunun sədri Ramiz Zeynalov deyib ki, müharibə günlərində birlik və həmrəylik nümayiş etdirən xalqımızın Qarabağla bağlı ümdə arzusu Zəfər Gününün üçüncü ildönümü ərəfəsində gerçəyə çevrilib.

Qeyd edək ki, bütün tədbirlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rusiyanin-muxtelif-seherlerinde-zefer-gunu-qeyd-edilib-3785

 

 

 

zline

Recent Posts

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub

Ankaradakı Heydər Əliyev adına məktəbdə ümummilli liderin 101 illiyi qeyd olunub , 2024 Ankaradakı Heydər…

29 dakika ago

“Varılacak bir anlaşmada Kıbrıs Türkü’nün güvenliğine öncelik verilecek”

“Varılacak bir anlaşmada Kıbrıs Türkü’nün güvenliğine öncelik verilecek” 2024   Cumhurbaşkanı @ErsinrTatar , Kayıp Şahıslar…

1 saat ago

BİRECİK TİCARET VE SANAYİ ODASI BAŞKANI SADETTİN BİLGİN `DEN 14 MAYIS DÜNYA ÇİFTÇİLER GÜNÜ MESAJI

BİRECİK TİCARET VE SANAYİ ODASI BAŞKANI SADETTİN BİLGİN `DEN 14 MAYIS DÜNYA ÇİFTÇİLER GÜNÜ MESAJI…

9 saat ago

Voronej’de Birleşik Rusya’nın desteğiyle SVO katılımcısının anısına bir anma plaketi açıldı

Voronej’de Birleşik Rusya’nın desteğiyle SVO katılımcısının anısına bir anma plaketi açıldı 2024, Asker Vladislav Polesskov’a…

11 saat ago

Amur bölgesinde, Birleşik Rusya’nın yardımıyla askeri hastanelerin doktorları ve hastaları yaklaşan Zafer Bayramı’nı tebrik etti

Amur bölgesinde, Birleşik Rusya’nın yardımıyla askeri hastanelerin doktorları ve hastaları yaklaşan Zafer Bayramı’nı tebrik etti…

12 saat ago

Fransada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Fransada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib 2024 Fransada Ulu Öndər…

13 saat ago