Categories: SİYASET

Rotterdamda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edilib

 

 

 

Rotterdamda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edilib

2023
Rotterdamda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil edilib
Niderlandın Rotterdam şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şahmat turniri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunda baş tutan turnirdə Azərbaycan, türk və digər icmaları təmsil edən 5-10 və 11-15 yaşarası uşaqlar və yeniyetmələr iştirak ediblər.

Turnir içştirakçılarını və qonaqları salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bildirib ki, bu günlərdə xalqımız və dünya azərbaycanlıları dövlət müstəqilliyimizin bərqərar olunmasında, qorunub saxlanılmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirir. Bu baxımdan turnirin önəmli olduğuna diqqəti cəlb edib.

 

 

 

 

 

Dörd saat davam edən turnir nəticəsində 5-10 yaş arası qrup üzrə I yeri Cəfər Cəfərov, II yeri Ömər Emir Adsalmıs, III yeri Əmir Ələkbərov tutublar. 11-15 yaş arası qrup üzrə Mehmet Eren Tunçer (I yer), Məleykə Məmmədova (II yer) və Huseyn Bulaca (III yer) qalib adını qazanıblar.

Qaliblərə medallar, kuboklar və hədiyyələr təqdim olunub.

Qalibləri təbrik edən çıxışçılar müxtəlif icma üzvlərinin bir araya gəlməsində oynadığı müsbət rol baxımından belə turnirlərin ənənə halı almasının zəruriliyini vurğulayıblar.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/rotterdamda-heyder-eliyevin-100-illiyine-hesr-olunmus-sahmat-turniri-teskil-edilib-2868

 

 

 

zline

Recent Posts

Devlet başkanı Malta Dışişleri Bakanı Ian Borch’u kabul etti

Olaylar Akorda Devlet başkanı Malta Dışişleri Bakanı Ian Borch’u kabul etti 2024   https://x.com/aqorda_press/status/1805553422051033280  …

50 dakika ago

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub

Xaçmazda tatarların milli bayramı Sabantuy təntənəli şəkildə qeyd olunub 2024 Xaçmazda tatarların milli bayramı Sabantuy…

3 saat ago

Birleşik Rusya, Vyacheslav Fedorishchev’i Samara bölgesi valisi seçimine aday gösterdi

Birleşik Rusya, Vyacheslav Fedorishchev’i Samara bölgesi valisi seçimine aday gösterdi 2024 Vali vekili bölgesel parti…

4 saat ago

İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

İsveçdə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib 2024   https://x.com/DiasporaAz/status/1805558169512358341 İsveçdə Naxçıvan…

4 saat ago

Tacikistan Cumhuriyeti Büyükelçisinin Türkmenistan’ın Ahal Bölgesi Valisi ile görüşmesi

Tacikistan Cumhuriyeti Büyükelçisinin Türkmenistan’ın Ahal Bölgesi Valisi ile görüşmesi .2024..jpg   https://x.com/MOFA_Tajikistan/status/1805552645156794551     25…

5 saat ago

ASAF ATASOY: TÜRK KARA KUVVETLERİ’MİZİN 2233’ÜNCÜ KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

ASFA GRUP Yönetim Kurulu Başkanı Hayırsever İş İnsanı Asaf ATASOY, Türk Kara Kuvvetleri Komutanlığı’nın 2233’…

8 saat ago