Qazaxıstanın rəsmi şəxsi Azərbaycan mərkəzində olub
2024
Qazaxıstanın rəsmi şəxsi Azərbaycan mərkəzində olub
Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyasının Katibliyinin müfəttişi Muxtar Kuljan Aktau şəhərində yerləşən Azərbaycan mərkəzinə baş çəkib.
Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsini Mərkəzin fəaliyyəti ilə tanış edib, Azərbaycan Respublikasının müxtəlif dövlət qurumları ilə Mərkəz arasında əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. Muxtar Kuljan Azərbaycan Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsi naminə daha çox işin görülməsinin vacibliyini qeyd edib.
Görüş zamanı qonaqlara Azərbaycan dilinin və tarixinin tədrisi ilə bağlı məlumat verilib və tədris proqram təqdim olunub. Görüş Mərkəzin gələcək fəaliyyəti ilə bağlı fikir və təkliflərin müzakirəsi ilə yekunlaşıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/qazaxistanin-resmi-sexsi-azerbaycan-merkezinde-olub-4381