Categories: DÜNYA

Pekində keçirilən Ümumdünya Gənclərinin İnkişaf Forumunda Azərbaycan təmsil olunub

 

 

Pekində keçirilən Ümumdünya Gənclərinin İnkişaf Forumunda Azərbaycan təmsil olunub

, 2023

 

 

 

Pekində keçirilən Ümumdünya Gənclərinin İnkişaf Forumunda Azərbaycan təmsil olunub

Pekin şəhərində keçirilən Ümumdünya Gənclərinin İnkişaf Forumunda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva iştirak edir.

 

 

Əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunu təşviq etmək olan forumun açılış mərasimində Çinin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin, BMT, UNESCO, UNİCEF və digər beynəlxalq təşkilatların müvafiq qurumlarını təmsil edən rəsmi şəxslər çıxış ediblər. Onlar gənclərin beynəlxalq problemlərin həllində roluna diqqəti cəlb ediblər.

 

 

 

 

Mərasimdən sonra “Qlobal Gənclərin İnkişaf Fəaliyyətləri” adlı proqramın Tanzaniya, Çin, Bosniya və Hersoqovina, Honq Konq, Sinqapur üzrə qalib layihələrinin təqdimatı olub.

Daha sonra gənclərlə iş sahəsində yerli, regional və beynəlxalq problem və layihələrin müzakirə edildiyi panel keçirilib. Paneldə ölkəmizi təmsil edən A.Əliyeva “Bir Kəmər, Bir Yol” təşəbbüsünün İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri və gənclər təşkilatları üçün əməkdaşlıq imkanları, gənclərin beynəlxalq əməkdaşlıq və ideya mübadiləsində rolu, innovasiyaya əsaslanan inkişafın yolları və Azərbaycanın Yeni İpək Yolundakı strateji əhəmiyyəti barədə danışıb.

 

 

 

Yekunda Gənclərin Birgə Fəaliyyəti üzrə Pekin Bəyənnaməsi qəbul olunub, Ümumdünya Gənclərin İnkişaf Fondunun əsasının qoyulması və təşkilatın İdarə Heyəti (İdarə Komitəsi) elan olunub. Təşkilatın İdarə heyətinin üzvlərindən biri də A.Əliyeva seçilib.

Forum öz işini 31 oktyabr – 1 noyabr 2023-cu il tarixlərində Gəncyönümlü şəhər inkişafı, Rəqəmsal İnkişaf, Mədəni İnnovasiyalar və İqlim dəyişikliyi və Qida böhranı mövzuları üzrə tematik sessiyalarda davam etdirəcək.

 

 

 

 

Forum çərçivəsində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri “China Daily” və “Xinhua” xəbər agentliklərinə müsahibə verərək, Azərbaycanda gənclər siyasəti və Çin-Azərbaycan arasında təhsil sahəsindəki əməkdaşlığın önəmi və sair məsələlər barədə danışıb.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/pekinde-kecirilen-umumdunya-genclerinin-inkisaf-forumunda-azerbaycan-temsil-olunub-3740

 

 

 

 

zline

Recent Posts

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

7 dakika ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

48 dakika ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

3 saat ago

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rusiyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib , 2024   Rusiyada…

4 saat ago

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN ZİLLET TANELERİ AÇIKLAMASI

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN ZİLLET TANELERİ AÇIKLAMASI Adil Türkiye Partisi Genel…

5 saat ago

ADİL TÜRKİYE PARTİSİ GENEL BAŞKAN YARDIMCISI AYTAÇ BATTAL`DAN 19 MAYIS MESAJI

Adil Türkiye Partisi Genel Başkan Yardımcısı ve Parti Basın Sözcüsü Siyasetçi Aytaç BATTAL, 19 Mayıs…

6 saat ago