Parisdə 20 Yanvar faciəsi ilə bağlı anım konserti təşkil edlib
, 2024
Parisdə 20 Yanvar faciəsi ilə bağlı anım konserti təşkil edlib
Fransanın paytaxtı Parisdə yerləşən “Sunside” Caz Klubunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım konserti keçirilib.
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə fransalı elm xadimləri, incəsənət ustaları, iş adamları və jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Fransa Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının qoşun birləşmələrinin Bakıda dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərdən danışıb. Bildirib ki, xüsusi amansızlıqla törədilən bu qanlı qırğın xalqımızın azadlıq mübarizəsinin qarşısını ala bilmədi və 34 il keçsə də, ölkəmiz öz şəhidlərini unutmur.
Sonra azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə və beynəlxalq müsabiqələr laureatı, skripkaçı Surə Rüfət dünya və Azərbaycan bəstəkarlarının musiqilərini ifa ediblər.
Qeyd edək ki, Bakı Musiqi Akademiyasının məzunu Eldəniz Ələkbərzadə 2022-ci ildən təhsilini Paris şəhərindəki “Ecole Normale Alfred Cortot” məktəbində davam etdirir. Beynəlxalq müsabiqələr laureatı Surə Rüfət isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdidir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/parisde-20-yanvar-faciesi-ile-bagli-anim-konserti-teskil-edlib-4099