Özbəkistandakı icma üzvlərimizə orden və döş nişanları təqdim edilib
2023
Özbəkistandakı icma üzvlərimizə orden və döş nişanları təqdim edilib
Daşkənd şəhərində Xalqlar Dostluğu Günü münasibətilə keçirilən təntənəli mükafatlandırma mərasimində Azərbaycan icmasının fəalları da iştirak ediblər.
Mükafatlara layiq görülənlər arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin Navai vilayətindəki filialının sədri Sevil Balayeva, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri Mobil Məmmədov, icraçı direktor Gülnar Mehrəliyeva və idarə heyətinin üzvü Yusif Əliyev olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik müraciətinin oxunduğu təntənəli mərasimdə S.Balayevaya “Dostluq” ordeni, M.Məmmədova, G.Mehraliyevaya və Y.Əliyevə “Xalqlar Dostluğu” döş nişanları təqdim edilib.
“Xalqlar Dostluğu” döş nişanı 2021-ci ildə Özbəkistanın dövlət başçısının təşəbbüsü ilə təsis olunub. Bu mükafatlar ölkədə millətlərarası harmoniya, dostluq, mehribanlıq və qarşılıqlı anlaşma mühitinin qorunmasında, milli mədəniyyətin, adət-ənənələrinin inkişafında xidmətləri olan şəxslərə verilir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
Kaynak:https://diaspor.gov.az/az/news-detail/ozbekistandaki-icma-uzvlerimize-orden-ve-dos-nisanlari-teqdim-edilib-3304