Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

 Kanadanın <a href="https://twitter.
Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb
Yayın: 26 Mayıs 2023 KÜLTÜR SANAT Google News

 

 

 

Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb
, 2023
Ontario parlamentinin önündə Azərbaycan Bayrağı qaldırılıb

Kanadanın Toronto şəhərindəki Ontario əyalət parlamentinin binası qarşısında 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan mərasimdə Ontario parlamentinin üzvləri, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimi açıq elan edən Kanadanın keçmiş Vətəndaşlıq və multikulturalizm naziri, ictimai xadim Toni Ruprext Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 105-ci ildönümünün qeyd olunması məqsədilə keçirilən tədbirdə iştirak edənlərə minnətdarlığını bildirib.

Ontario Qanunvericilik Assambleyası Nümayəndələr Palatasının Komitə sədrinin ikinci müavini Patris Barns tədbir iştirakçılarını salamlayıb, soydaşlarımızla birlikdə 105 il öncə Azərbaycanın Rusiya imperiyasından ayrılaraq demokratik və dünyəvi respublika elan etməsi kimi tarixi hadisənin qeyd olunması mərasimində məmnuniyyətlə iştirak etdiyini söyləyib. Ontario Qanunvericilik Assambleyası adından spiker Ted Arnot tərəfindən imzalanmış 28 May – Müstəqillik Günü ilə bağlı rəsmi təbrik məktubunu “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya təqdim edib.

Türkiyənin Torontodakı Baş konsulu Sinem Minqan çıxışında ölkələrimizin bənzərsiz dostluq, qardaşlıq münasibətinə malik olduğunu qeyd edib. “Bir millət, iki dövlət” şüarını səsləndirən diplomat ölkələrimizin hər zaman bir-birininin yanında olduğunu vurğulayıb.

Baş konsul Sinem Minqan, Ontario əyalət parlamentinin üzvü, turizm, mədəniyyət və idman nazirinin Kanada parlamentində köməkçisi Şeref Sabavi və Azərbaycan dilində “Bu gün biz Azərbaycanın Müstəqillik Gününü qeyd etmək üçün burdayıq” cümləsi ilə çıxışına başlayan Ontario əyalət parlamentinin üzvü Kris Qlover tarixi hadisə münasibətilə icmamızı təbrik ediblər.

 

 

 

 

 

Ontario əyalətinin Baş naziri Doug Ford, Ontario rəsmi müxalifətinin lideri Marit Stiles, Yaşıllar partiyasının nümayəndəsi Mayk Şrayner tərəfindən imzalanmış təbrik məktubları və Liberal partiyasının təbriki Azərbaycan icmasına təqdim olunub.

Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova Azərbaycan icmasının sevincini bölüşən qonaqlara minnətdarlığını bildirib. Kanadada yaşayan azərbaycanlılar olaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün birgə çalışacaqlarını vurğulayıb.

Daha sonra tanınmış vokalçı, Prezident təqaüdçüsü Həsən Enaminin canlı ifasında Azərbaycanın və Kanadanın Dövlət himnləri səsləndirilib. Himnimizin sədaları altında Lalin Həsənova tərəfindən Azərbaycan Dövlət Bayrağı səmaya ucaldılıb.

Mərasimin rəsmi hissəsi Azərbaycanın milli rəqsinin ifası ilə başa çatıb.

Ontario əyalət parlamentinin binasında Azərbaycan xalqının önəmli günü münasibətilə ziyafət verilib.

Play

00:48
02:54
Mute

Settings
Enter fullscreen

Play
FOTO QALEREYA

 

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/ontario-parlamentinin-onunde-azerbaycan-bayragi-qaldirilib-2996

 

 

Son Güncelleme: 26 Mayıs 2023