Categories: SİYASET

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib

 

 

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
2023

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib
Ukraynanın Odessa şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatı tərəfindən təşkil olunan tədbir Ukrayna və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin və Ukraynadakı müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

 

Tədbirdə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədri Rövşən Quliyev, diaspor fəalları Fazil Əsgərov, Hacı Namiq, professor Mətin Quliyev, Əbülfət Əliyev, Nadir Babayev, Əbülfət Əliyev, Anar Natiqoğlu və digərləri çıxış ediblər. Heydər Əliyevin həyat və fəaliyyətinə diqqəti cəlb edən natiqlər dahi şəxsiyyətin Azərbaycan xalqının taleyüklü məsələlərində oynadığı müstəsna roldan danışıblar. Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin 1980-ci illərdə Odessaya təhsil almağa gondərildiyini, Ukrayna dövləti və xalqı ilə münasibətlərə xüsusi önəm verdiyini, bu ölkədəki diasporun fəaliyyətinə daim dəstək olduğunu vurğulayıblar.

Sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/odessa-seherinde-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-2960

 

 

zline

Recent Posts

Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız

Bülten No: 113 19 Mayıs 2024   Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız…

9 dakika ago

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına teklifler sundu

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına…

3 saat ago

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur 2024…

3 saat ago

GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR

TARİH 19.05.2024 İLETİ NO 184 KONU GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR GENÇLER, HALİLİYE…

4 saat ago

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

6 saat ago