Niderlanddakı icmamız Türkiyənin Haaqadakı səfirliyinə başsağlığı verib
9 fevral, 2023
Niderlanddakı icmamız Türkiyənin Haaqadakı səfirliyinə başsağlığı verib
Niderlandda yaşayan Azərbaycan icmasının bir qrup fəalı Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin Haaqadakı səfirliyini ziyarət edib.
Ziyarət zamanı icma üzvləri 1979-cu il 12 oktyabrda “ASALA” erməni terror təşkilatı tərəfindən qətlə yetirilmiş Əhməd Benlerin (Niderlanddakı səfir Özdemir Benlerin oğlu) səfirliyin qarşısındakı memorial abidəsinin önünə çiçəklər və şamlar düzərək, zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Türkiyənin Niderlanddakı səfiri Selcuk Ünala başsağlığı verən soydaşlarımız türk xalqının kədərli anlarını bölüşdüklərini, qardaş ölkənin yanında olduqlarını bildiriblər. “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva soydaşlarımız adından səfirlikdə açılmış başsağlığı kitabına hüzn sözlərini yazıb.
Səfir Selçuk Ünal icma üzvlərinə minnətdarlığını bildirib və qardaş ölkə Azərbaycanın dəstəyini daim hiss etdiklərini vurğulayıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/niderlanddaki-icmamiz-turkiyenin-haaqadaki-sefirliyine-bassagligi-verib-2355