Categories: DÜNYA

Nazir Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

 

No:499/23, Nazir Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşünə dair mətbuat məlumatı

 

 

 

16 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

 

 

 

Görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

 

 

 

Nazir Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

 

 

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

 

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

 

 

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no49923

 

 

zline

Recent Posts

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan ilə Belarus arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan ilə Belarus arasında qarşılıqlı etimada əsaslanan münasibətlər mövcuddur”, ÖZEL…

39 saniye ago

ABDULSELAM ZENGİN OĞLUM AZİZ ZENGİZ SMA HASTASI DEĞİL AZİZ KAZANACAK

ABDULSELAM ZENGİN OĞLUM AZİZ ZENGİZ SMA HASTASI DEĞİL AZİZ KAZANACAK ABDULSELAM ZENGİN oğlum SMA Hastası…

1 saat ago

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi

Nizhny Novgorod üniversitesinde “Yeni Okul” parti projesi kapsamında terörle mücadele güvenliği konusunda bir seminer düzenlendi…

3 saat ago

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler

Sverdlovsk bölgesinde, Birleşik Rusya aktivistleri kuru duş yapma konusunda ustalık sınıfı düzenlediler 2024 Etkinlik, gençlik…

4 saat ago

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi

Birleşik Rusya Kadın Hareketi’nin desteğiyle Ufa’da “Kadın Mutluluğu Bölgesi” Açık Akademi forumu düzenlendi 2024 Bunun…

5 saat ago

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı

“Birleşik Rusya”, “Kadın Siyaset Okulu”nun yeni sezonunu başlattı 2024 Çevrimiçi eğitim oturumunun ilk aşamasına binden…

7 saat ago