Misirin Qahirə Universitetində yenidən Azərbaycan dilinin tədrisinə başlanılıb
, 2024
Misirin Qahirə Universitetində yenidən Azərbaycan dilinin tədrisinə başlanılıb
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisi davam etdirilir.
Azərbaycan dilini tələbələrə Misirdə Azərbaycan diasporu və Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Bununla yanaşı,gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir.
Universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 100-dən çox tələbə iştirak edir. Azərbaycan dilini daha yaxşı mənimsəmək istəyən gənclər dərsdənkənar Azərbaycan dili kurslarının təşkil olunmasını xahiş ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini bildirib.
Diaspor mərkəzində Misirin müxtəlif universitetlərində təhsil alan tələbələr Azərbaycan dili dərslərində fəal iştirak edirlər. Tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə publisistik mətnləri tərcümə etməyi bacaranlar da var.
Dünyanın 57 ölkəsindən olan 600-dən çox tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə burada ödənişsiz təhsil alır.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/misirin-qahire-universitetinde-yeniden-azerbaycan-dilinin-tedrisine-baslanilib-4361