Misirdə “Azərbaycanı kəşf et!” layihəsinin qalibləri mükafatlandırılıb
2024
Misirdə “Azərbaycanı kəşf et!” layihəsinin qalibləri mükafatlandırılıb
Martın 14-də Misirin Qahirə şəhərində “Azərbaycanı kəşf et!” (“Discover Azerbaijan!”) incəsənət layihəsinin qala gecəsi keçirilib.
Dr. Sədaqət Əliəşrəfin təşəbbüsü və təşkilatçılığı ilə Misirin tarixi yerlərdən biri olan “Ayişa Fahmi Palace”da baş tutan tədbirdə Azərbaycan, Türkiyə, Qana və Pakistanın Misirdəki səfirləri, Özbəkistan və Pakistanın Misirdəki konsulları, Misirin tanınmış “SOİK” kinematoqrafiya şirkətinin və məktəbinin sahibi Dr. Ahmed İsmayıl, Bunyan Beynəlxalq Universitetinin sahibi və rektoru Dr. Hasan Çələbi, UNAİDS-nin Şimali Afrika və Yaxın Şərq üzrə xoşməramlı səfiri, Misirin xalq artisti Yousra, tanınmış rəssam, professor Said Nagib, “Gələcəyin alimləri” Cəmiyyətinin sədri Dr. Heba Mahmud, Misirdəki “ABRSM” musiqi kollecinin rektoru və yerli media nümayəndələri iştirak ediblər.
Azərbaycan və Misirin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.
Çıxış edən digər səfirlər layihənin əhəmiyyətini vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun tədbir və layihə iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.
“Azərbaycanı kəşft et” layihəsinin rəhbəri Dr. Sada Əliəşrəf qonaqları Müqəddəs Ramazan bayramının başlanması münasibətilə təbrik edərək, Misirdə artıq ənənəyə çevrilən bu layihəyə dəstək olan Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan və Türkiyənin Misirdəki səfirliklərinə, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə və Miniatür Kitab Muzeyinə öz dərin təşəkkürünü bildirib.
Azərbaycan haqqında keçirilən sual viktorinası zamanı qonaqlara Azərbaycan təsviri olan müxtəlif hədiyyələr verilib. Tədbir çərçivəsində incəsənət sərgisi nümayiş olunub, İCESCO-nun gənc sülh səfiri Sandi Salem və Misir üzrə koordinator Səbinə Səmədovanın müəllifi olduğu “Heydər Əliyev – 100” kitabının təqdimatı keçirilib. Kitabda ümummilli lider Heydər Əliyev haqqında məlumat, Azərbaycanın və Misirin nüfuzlu şəxslərinin ulu öndər haqqında məqalələri, Azərbaycana həsr olunmuş rəsmlər və adıçəkilən müsabiqənin qaliblərinin şəkilləri nəşr olunub.
Layihənin münsiflər heyəti tərəfindən seçilən 150 nəfər qalib müxtəlif hədiyyələr, “Heydər Əliyev – 100” kitabı, şəhadətnamə ilə mükafatlandırılıb.
Tədbir Misir mətbuatında geniş işıqlandırılıb.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/misirde-quot-azerbaycani-kesf-et-quot-layihesinin-qalibleri-mukafatlandirilib-4412