Meyn ştatındakı icmamız XXI Millətlər Festivalında uğurla iştirak edib
2023
Meyn ştatındakı icmamız XXI Millətlər Festivalında uğurla iştirak edib
ABŞ-ın Portland şəhərində keçirilmiş XXI Millətlər Festivalında ölkəmizi Meyn Azərbaycanlıları Cəmiyyəti təmsil edib.
“Deering Oaks” parkında gerçəkləşdirilmiş festivalda Meyn Azərbaycanlıları Cəmiyyətin sədri Tərlan Əhmədovun rəhbərliyi ilə Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini, milli mətbəxini əks etdirən nümunələr və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.
Tərlan Əhmədov bildirib ki, Azərbaycan bayrağının festivaldakı digər ölkələrin bayraqları sırasında yer alması icmamıza xüsusi qürur hissi yaşadıb. Onun sözlərinə görə, yerli sakinlər Azərbaycan mədəniyyətinə və mətbəxinə böyük maraq göstəriblər: “300-dən çox iştirakçı pavilyomuzun qarşısında növbə tutaraq milli mətbəx nümunələrimizə qonaq oldular. Meyndəki icmamız və Bostondan gələn dostlarımız bu hadisəni yaddaqalan etdi”.
Qeyd edək ki, icma fəalları Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də Meyn Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib və sualları cavablandırıblar.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/meyn-statindaki-icmamiz-xxi-milletler-festivalinda-ugurla-istirak-edib-3298