Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
23 avqust, 2023
Meksikanın Azərbaycandakı səfiri Dövlət Komitəsində olub
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero ilə görüşüb.
Qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti, eləcə də dünya azərbaycanlılarının təşkilatlanması və Latın Amerikası ölkələrində, o cümlədən Meksikada yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası barədə məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mariya Viktoriya Romero Meksika ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açıb, Xaricdə yaşayan Meksikalılar İnstitutu ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq münasibətlərinin qurulmasının önəmindən danışıb.
Komitə sədri qonağa Komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun həyata keçirdiyi layihələr barədə məlumat verərkən Diaspor Gənclərinin Yay düşərgələrinə təkcə xaricdə yaşayan Azərbaycanlı gənclərin yox, eləcə də Azərbaycana dost münasibəti göstərən xalqların nümayəndələrinin qatıldığını, bu layihənin mədəni münasibətlərin formalaşmasına töhfə verdiyini qeyd edib, gələcəkdə meksikalı və azərbaycanlı gənclər arasında qarşılıqlı səfərlərin təşkil oluna biləcəyini vurğulayıb.
Görüşdə iki ölkə arasında səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/meksikanin-azerbaycandaki-sefiri-dovlet-komitesinde-olub-3397
Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.
Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.
В ХМАО «Единая Россия» организовала для школьников экскурсию в центр социальной помощи.
Ryazan bölgesinde Birleşik Rusya'nın birincil şubelerinden oluşan bölgesel bir Konsey oluşturuldu.
Etkileşim ve açık diyaloğun yollarını bulmak: BRICS ülkeleri ve Avrupa'nın sempozyumu Soçi'de düzenlendi.
Bakan Yardımcısının Suudi Arabistan Büyükelçisi ile görüşmesi.