Laçında keçirilən V Yay Düşərgəsinin açılış mərasimində xalça sərgisi keçirilib
2024
https://x.com/DiasporaAz/status/1819360266447921216
Laçında keçirilən V Yay Düşərgəsinin açılış mərasimində xalça sərgisi keçirilib
“Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin Laçında baş tutan V Yay Düşərgəsinin rəsmi açılış mərasimində xalça sərgisi keçirilib.
https://x.com/DiasporaAz/status/1819360266447921216
Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan sərgidə Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Bakı xalçaçılıq məktəblərində, xüsusilə də Laçında toxunan qədim və müasir xalçalar nümayiş olunub.
Düşərgə iştirakçılarına Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutan və qədim tarixə malik olan Azərbaycan xalçaçılıq sənəti haqqında ətraflı məlumat verilib. Ölkəmizin zəngin milli-mədəni irsini nümayiş etdirən xalça sərgisi gənclərin böyük marağına səbəb olub.
https://x.com/DiasporaAz/status/1819360266447921216
Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Xədicə Əsədova və sərginin təşkilatçısı, Azərbaycan Milli Xalça Muzeyinin Sərgilər sektorunun müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən laçınlı Elnarə Rəsulova qeyd ediblər ki, sərginin təşkilində məqsəd diaspor gənclərinə xalça sənətinin dəyərini və qədim tarixini təbliğ etmək, Azərbaycan xalçaları haqqında bilgiləndirməkdir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1819360266447921216
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/lacinda-kecirilen-v-yay-dusergesinin-acilis-merasiminde-xalca-sergisi-kecirilib-4970
https://x.com/DiasporaAz/status/1819360266447921216
Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Respublikası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murad, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, Düşərgəsinin, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, keçirilən, Laçında, Laçında keçirilən V Yay Düşərgəsinin açılış mərasimində xalça sərgisi keçirilib, Muradov, Öf, Republic, Republic of Azerbaijan, THE, V Yay, V Yay Düşərgəsinin açılış mərasimində xalça sərgisi keçirilib