Categories: KÜLTÜR SANAT

Krakov şəhərində “Azərbaycan Gecəsi” keçirilib

 

 

 

 

Krakov şəhərində “Azərbaycan Gecəsi” keçirilib

, 2023

 

 

 

Krakov şəhərində “Azərbaycan Gecəsi” keçirilib

 

 

 

 

Polşanın Krakov şəhərində təşkil edilmiş “Azərbaycan Gecəsi” layihəsi gənc soydaşlarımızı bir araya gətirib.

 

 

 

Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Varşava Azərbaycan Evinin nümayəndələri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorları və Krakovda yaşayan gənclərimiz iştirak ediblər.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Polşa Azərbaycanlıları Şurası İdarə Heyətinin üzvü Şamo Qubadov bildirib ki, bir müddət öncə start verilmiş “Azərbaycan Gecəsi” layihəsinin növbəti ünvanı kimi Krakov şəhəri seçilib: “Bu layihənin Polşanın müxtəlif şəhərlərində keçirilməsi nəzərdə tutulub. İstəyimiz odur ki, bir arada olaq, bir-birimizlə daha da yaxından tanış olaq və şəbəkələşək. Ümid edirəm ki, “Azərbaycan Gecəsi” çox maraqlı, əyləncəli, yaddaqalan olacaq. Canlı musiqi ifaları hər birinizdə xoş təəssürat yaradacaq”.

 

 

 

 

Tədbir Varşava Azərbaycan Evnin nəzdindəki Mədəniyyət Mərkəzinin rəhbəri Fərid Abdullayevin gitarada ifasında musiqi əsərlərinin səsləndirilməsi ilə davam edib.

Səmimi şəraitdə keçən tədbir zamanı ölkəmizlə, Polşada Azərbaycan diasporunun gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, gənclər birlikdə milli rəqslərimizi oynayıblar, müxtəlif dillərdə mahnılar dinləyiblər.

Tədbirin sonunda Polşa Azərbaycanlıları Şurası adından qonaqlara milli suvenirlər hədiyyə edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/krakov-seherinde-azerbaycan-gecesi-kecirilib-3960

 

 

 

zline

Recent Posts

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib 2024 Gürcüstanda azərbaycanlı alimin kitabının təqdimatı keçirilib    …

17 dakika ago

“Birleşik Rusya” Yakutistan’da “Silahını SVO’ya Ver” kampanyasını başlattı

“Birleşik Rusya” Yakutistan’da “Silahını SVO’ya Ver” kampanyasını başlattı 2024, 10 Temmuz’a kadar bölge sakinleri, özel…

2 saat ago

Встреча Президента Казахстана с Эмиром Государства Катар

События Акорда Встреча Президента Казахстана с Эмиром Государства Катар 2024 года     🇰🇿🇶🇦 Қазақстан…

4 saat ago

Kazakistan Cumhurbaşkanı’nın Katar Emiri ile görüşmesi

Olaylar Akorda Kazakistan Cumhurbaşkanı’nın Katar Emiri ile görüşmesi 2024   🇰🇿🇶🇦 Қазақстан Президенті Қатар Мемлекетінің…

5 saat ago

Қазақстан Президенті Қатар Мемлекетінің Әмірімен кездесті

Жаңалықтар Ақорда Қазақстан Президенті Қатар Мемлекетінің Әмірімен кездесті 2024 жылғы   🇰🇿🇶🇦 Қазақстан Президенті Қатар…

6 saat ago

Floridada 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Floridada 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib , 2024     Floridada…

7 saat ago