Komitə sədri Yaponiyanın nüfuzlu universitetlərində görüşlər keçirib
, 2024
Komitə sədri Yaponiyanın nüfuzlu universitetlərində görüşlər keçirib
Yaponiyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Keio Universitetinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.
Görüş zamanı qonağa universitetin tarixi, keçdiyi inkişaf mərhələləri və tədris olunan ixtisaslar haqqında məlumat verilib.
Səmimi qəbula görə təşəkkür edən sədr komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələrindən bəhs edib.
Görüşdə Keio Universiteti ilə Azərbaycan universitetləri arasında tələbə mübadiləsi, Azərbaycan Diasporuna Dəstək Fondu ilə universitetin əməkdaşlığının qurulması və digər məsələlər də müzakirə olunub.
Növbəti görüş isə Tokai Universitetinin rəhbərliyi, professor və müəllim heyəti ilə olub. Azərbaycan haqqında təqdimatla çıxış edən komitə sədri ölkəmizin dövlətçilik tarixi və keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verib, daha sonra görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbəri, professor Xəlil Kələntərin də iştirak etdiyi görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
Kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-yaponiyanin-nufuzlu-universitetlerinde-gorusler-kecirib-4858