Categories: DÜNYA

Komitə sədri Hankuk Xarici Dillər Universitetini, Multikulturalizm Muzeyini və Koreya Milli Assambleyasının Kitabxanasını ziyarət edib

 

 

 

Komitə sədri Hankuk Xarici Dillər Universitetini, Multikulturalizm Muzeyini və Koreya Milli Assambleyasının Kitabxanasını ziyarət edib
2023
Komitə sədri Hankuk Xarici Dillər Universitetini, Multikulturalizm Muzeyini və Koreya Milli Assambleyasının Kitabxanasını ziyarət edib

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Koreya Respublikasına səfəri çərçivəsində Hankuk Xarici Dillər Universitetinin beynəlxalq əlaqələr və maliyyə məsələləri üzrə vitse-prezidenti Tae Yeoub Yangla görüşüb.

Görüşdə Hankuk Universitetinin Asiya dilləri fakültəsinin Türk-Azərbaycan bölməsinin rəhbəri və Beynəlxalq Əlaqələr Departamentinin direktoru, professor Chonq Jin Oh, Prof.Dr Man-A Lee və Hankuk Xarici Dillər Universitetinin professoru, azərbaycanlı alimlər şəbəkəsinin əlaqələndiricisi Rövşən İbrahimov iştirak ediblər.

Qonağı salamlayan vitse-prezident universitetin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Mərkəzi Asiyada ilk olaraq Hankuk Xarici Dillər Universitetində Azərbaycan-türk dillərinin tədrisi kafedrasının fəaliyyət göstərdiyi, kafedranın nəzdində Azərbaycan Mərkəzinin yaradıldığını bildirib. Azərbaycanda Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq əlaqələrindən söz açıb, 2018-ci ildən indiyədək ADA Universiteti vasitəsilə Azərbaycanla 22 tələbə mübadiləsinin aparıldığını diqqətə çatdırıb.

Komitə sədri universitetdə Azərbaycan-türk dillərinin tədrisi kafedrasının yaradılmasına görə təşəkkürünü bildirib. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin yaradılması tarixi, fəaliyyət istiqamətləri, həyata keçirildiyi layihələr, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında körpü rolunu oynayan “BUTA” Koreya-Azərbaycan Dostluq Assosiasiyası və Koreya Respublikasında müxtəlif ixtisaslar üzrə təhsil alan azərbaycanlı tələbələr barədə danışıb. Xaricdə yaşayan soydaşlarımızla əlaqələrin gücləndirilməsi, doğma dilimizin unudulmaması məqsədilə dövlətimizin müxtəlif ölkələrdə Azərbaycan evlərinin yaradılması, Azərbaycanda Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkil olunması, “Azərbaycan dili” dərs vəsaitinin nəşri kimi layihələri dəstəklədiyinə diqqəti cəlb edib.

Görüş zamanı əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Komitə adından universitetə Azərbaycana həsr olunmuş kitablar hədiyyə edilib.

Sonra Komitə sədri Seul şəhərindəki Multikulturalizm Muzeyinin fəaliyyəti ilə tanış olub. Qonağı məmnunluqla salamlayan muzeyin direktoru Kim Yun Tae beşmərtəbəli binada yerləşən mədəniyyət ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, bu muzeyi insanların Koreyanı tərk etmədən başqa xalqların necə yaşadıqlarını öz gözləri ilə görə bilməsi məqsədilə açıb. Burada dünyanın müxtəlif xalqlarının ən diqqətəlayiq və səciyyəvi mədəniyyət obyektlərinin kiçik nüsxələrinin, habelə orijinal məişət əşyalarının saxlandığını vurğulayan muzey direktoru qeyd edib ki, layihə özünü doğruldub, çünki müxtəlif dövlətlərin səfirlikləri muzeyin fəaliyyət göstərməsi üçün xeyriyyə dəstəyi göstərirlər.

 

 

 

 

Komitə sədri ölkəmizin zəngin multikulturalizm və tolerantlıq dəyərlərinə malik olduğunu, Azərbaycanda multukulturalizm mərkəzinin fəaliyyət göstərdiyini bildirib. Komitənin fəaliyyət istiqamətlərini, multikulturalizm dəyərlərinin və mədəni irsimizin təbliği ilə bağlı Azərbaycan Diasporuna Dəstək Fondu çərçivəsində xarici ölkələrdə həyata keçirilən layihələri nəzərə çatdırıb. Koreyada yaşayan Azərbaycan icmasının bu ölkənin mədəni müxtəlifliyinə töhfələr verməyə çalışmasından, Seulda “BUTA” Koreya-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyət göstərməsindən, soydaşlarımızın Azərbaycan Evinin açılması təşəbbüsü ilə çıxış etməsindən danışıb.

Komitə sədri muzeydə Azərbaycan guşəsinin açılması təklifini diqqətə çatdırıb və bu istiqamətdə əməkdaşlığa hazır olduğunu söyləyib.

Muzeyin direktoru bildirib ki, hazırda muzeyin daha böyük yerə köçürülməsi ilə bağlı danışıqlar aparılır və gələcəkdə muzeydə Azərbaycan guşəsi də yaradılacaq. O, Azərbaycana səfər etmək niyyətində olduğunu vurğulayıb.

 

 

 

 

Əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin sonunda Komitənin adından muzeyə xatirə hədiyyələri təqdim olunub.

Koreyaya səfəri çərçivəsində Komitə sədri Fuad Muradov Koreya Milli Assambleyasının Kitabxanasının direktoru Dr. Li Myunq Vu ilə də görüş keçirib. Sədr Azərbaycan və Koreya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini, Azərbaycan diasporunun yerli cəmiyyətə inteqrasiyası, aktiv ictimai fəalliyyəti və azərbaycanlı gənclərin Koreyada təhsildə qazandığı uğurlar haqqında danışıb. O, Assambleya Kitabxanasının fonduna Azərbaycanın tarixinə, mədəniyyətinə, incəsənətinə və ictimai həyatına aid kitablar hədiyyə edib.

 

 

 

 

Baş direktor görüşə və kitablara görə minnətdarlığını bildirərək, hazırda kitabxananın fondunda 7 milyondan artıq kitabın olması, kitabxananın tarixi, son zamanlar onun inkişafı və eyni zamanda Azərbaycanla əməkdaşlıq istiqamətində nəzərdə tutulan işlər haqqında məlumat verib.

Komitə sədri kitabxananın tarixi, informasiya sistemi, oxu zalları və fəaliyyəti ilə tanış olub.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-hankuk-xarici-diller-universitetini-multikulturalizm-muzeyini-ve-koreya-milli-assambleyasinin-kitabxanasini-ziyaret-edib-3069

 

 

 

zline

Recent Posts

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Azərbaycan dövlətinin iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu”, ÖZEL.

42 dakika ago

ذكرى تأسيس سعيدة لجمهورية شمال قبرص التركية من أسفا القابضة رئيس مجلس الإدارة آساف أتاسوي

ذكرى تأسيس سعيدة لجمهورية شمال قبرص التركية من أسفا القابضة رئيس مجلس الإدارة آساف أتاسوي.

2 saat ago

ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

ASFA HOLDİNG YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ…

3 saat ago

HAPPY ANNIVERSARY OF THE FOUNDATION OF THE TURKISH REPUBLIC OF NORTHERN CYPRUS FROM ASFA HOLDING CHAIRMAN OF THE BOARD ASAF ATASOY

HAPPY ANNIVERSARY OF THE FOUNDATION OF THE TURKISH REPUBLIC OF NORTHERN CYPRUS FROM ASFA HOLDING…

3 saat ago

«Единая Россия» обновила состав Центрального совета сторонников партии

«Единая Россия» обновила состав Центрального совета сторонников партии.

4 saat ago

SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN

SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN KUZEY KIBRIS TÜRK CUMHURİYETİ’NİN KURULUŞ YIL DÖNÜMÜ KUTLU OLSUN.

5 saat ago