Kanadanın Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım günü” elan edilib
, 2023
Kanadanın Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım günü” elan edilib
Kanadanın Alberta əyalətinin paytaxtı Edmonton şəhərində 26 fevral tarixi “Xocalının Anım Günü” elan edilib.
Edmonton şəhərinin meri Amarcit Sohinin bu barədə imzaladığı bəyannamədə bildirilib ki, Kanadada yaşayan 100 min azərbaycanlı, o cümlədən Azərbaycan əsilli edmontonlular fevralın 26-da Xocalı qətliamının 31-cü ildönümü qeyd edirlər.
Qeyd edilib ki, bu faciə zamanı yüzlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb və ya əsir götürülüb: “Biz onların əzablarını heç vaxt unutmamalı və ya inkar etməməliyik, əksinə insan hüquqlarını qorumağı, zülmün, ayrı-seçkiliyin və nifrətin kökünü kəsməyi öyrənməliyik. Şəhərimiz Edmonton mədəni mozaikadan qaynaqlanan etnik icmaların müxtəlif təcrübələri vasitəsilə daha da güclənir və biz şəhərimizdə irqçilik və ayrı-seçkiliklə mübarizə aparmağa davam edəcəyik”.
Bütün bunları əsas götürdüyünü vurğulayan mer Amarcit Sohi bəyan edib ki, Albertanın paytaxtı Edmontonda 26 fevral tarixini “Xocalının Anım Günü” elan edir.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:http://diaspor.gov.az/az/news-detail/kanadanin-edmonton-seherinde-26-fevral-tarixi-xocalinin-anim-gunu-elan-edilib-2521