Categories: BugünGÜNDEM

Kanadalı parlamentar Quba Soyqırımı Memorial Kompleksində və Qırmızı Qəsəbədə olub

 

 

 

 

Kanadalı parlamentar Quba Soyqırımı Memorial Kompleksində və Qırmızı Qəsəbədə olub
2023

Kanadalı parlamentar Quba Soyqırımı Memorial Kompleksində və Qırmızı Qəsəbədə olub

 

 

 

Ölkəmizə səfər çərçivəsində Kanada nümayəndə heyəti Azərbaycanın Quba rayonunu ziyarət edib.

 

 

 

Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət nümayəndə heyətinin Qubaya səfər proqramı şəhərdəki “Soyqırımı Memorial Kompleksi”ni ziyarətdən başlayıb. Eksponatlar və tarixi faktlarla tanışlıq qonaqlarda dəhşət doğurub. Ermənilərin azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törətdikləri Mart soyqırımını insanlığa zidd barbarlıq adlandıran qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.

 

 

 

 

Kanada nümayəndə heyətinin getdiyi növbəti ünvan Dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə olub. Qonaqlar buradakı sinaqoqların və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyəti ilə tanış olublar. Səfər Roş-Ha-Şan bayramına təsadüf etdiyindən “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst yeni il bayramını yəhudi əsilli Azərbaycan vətəndaşları ilə birlikdə qeyd etmək fürsətini böyük xöşbəxtlik adlandırıb.

 

 

 

Səfər çərçivəsində kanadalı parlamentar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüblər. Qubanın tarixi, rayondakı multikultural və tolerant mühit, müxtəlif xalqların əsrlər boyu mehriban bir ailə kimi birgə yaşayışı, rayonun adət-ənənələri, iqtisadiyyatı, son illərdə rayonda görülmüş işlər, ölkəmizin inkişafı, əldə etdiyi naliyyətləri, torpaqlarımızın 30 illik işğaldan azad olunması haqqında qonağa geniş məlumat verilib.

 

 

 

Kanadalı parlamentar Çandra Arya müxtəlif etnosların Qubada sülh və əmin-amanlıq içində yaşamasını yüksək qiymətləndirib və bunu Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinin bariz nümunəsi adlandırıb.

Qeyd edək ki, Qubaya səfər zamanı Kanada nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fidan Rüstəmzadə müşayiət edib.

 

 

 

 

Kanadalı parlamentarın ölkəmizə səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin “Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması” layihəsi çərçivəsində gerçəkləşdirilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kanadali-parlamentar-quba-soyqirimi-memorial-kompleksinde-ve-qirmizi-qesebede-olub-3467

 

 

 

 

 

 

zline

Recent Posts

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

2 saat ago

ABDULLAH YİĞİT `TEN 19 MAYIS MESAJI

1453 Kral Medya Yayın Grubu Yönetim Kurulu Başkanı Kral Gazeteci Abdullah Yiğit, 19 Mayıs Atatürk’ü…

8 saat ago

AV. OSMAN EYYÜPOĞLU `NDAN 19 MAYIS MESAJI

Şanlıurfa’nın Tanınmış Simalarından Olan Şanlıurfa Barosu `na Kayıtlı Avukat Osman Eyyüpoğlu, 19 Mayıs Atatürk’ü Anma,…

10 saat ago

Çin Dışişleri Bakanı Tacikistan’a geldi

Çin Dışişleri Bakanı Tacikistan’a geldi 18.05.2024 Öncesi Sonraki   The Minister of Foreign Affairs of…

11 saat ago

The Minister of Foreign Affairs of China arrived in Tajikistan

The Minister of Foreign Affairs of China arrived in Tajikistan 18.05.2024 Previous Next   The…

13 saat ago