Categories: BugünGÜNDEM

Kanadalı parlamentar Cəbrayıl və Zəngilan rayonlarına səfər edib

 

 

 

 

Kanadalı parlamentar Cəbrayıl və Zəngilan rayonlarına səfər edib

, 2023

Kanadalı parlamentar Cəbrayıl və Zəngilan rayonlarına səfər edib

 

 

 

Azərbaycana səfər çərçivəsində Kanada nümayəndə heyəti Qarabağ bölgəsinin Cəbrayıl və Zəngilan rayonlarında olub.

 

 

 

Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət nümayəndə heyətinin Qarabağa səfər proqramı Cəbrayıl rayonundan başlayıb.

 

 

 

 

Xudafərin körpüsünə çatanadək yol boyu müşahidə etdikləri dağıntılar kanadalı qonaqları çox təsirləndirib. Belə mənzərənin vaxtilə burada yaşamış, 30 il ərzində torpaqlarına həsrət qalmış azərbaycanlılarda hansı hisslər doğurduğunu yaxşa anladıqlarını vurğulayıblar.

Qonaqlar Xudafərin körpüsü fonunda xatirə fotosu çəkdiriblər.

Zəngilanın Ağalı kəndində olarkən qonaqlara “ağıllı kənd” konsepsiyası əsasında yenidən tikilən bu yaşayış məntəqəsinin infrastrukturu barədə ətraflı məlumat verilib. Uşaq bağçasında və məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara şagirdlərin dünyagörüşünün zənginləşdirilməsi məqsədilə ayrılmış ədəbiyyat nümunələri sərgilənib.

 

 

 

Sinif otaqlarındakı şagird masaları arxasında əyləşən kanadalı qonaqlar Ağalı kəndində belə məktəbin fəaliyyət göstərməsini mühüm hadisə adlandırıb, bütün sullarını cavablandıran müəllimlərə yeni dərs ilində uğurlar arzulayıblar.

 

 

 

Görüş müəllim heyəti ilə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Ağalıda qonaqların getdiyi növbəti ünvan kənd sakinlərindən birinin evi olub. Əcnəbi müsafirləri qonaqpərvərliklə qarşılayan və öz doğma yurdlarına döndükləri üçün xoşbəxt olduqlarını vurğulayan ev sahibəsi xalqımızın sülh və barış içində yaşamaq istəyinin, Azərbaycan dövlətinin bölgənin normallaşma istiqamətində nümayiş etdirdiyi sülh səylərinin Kanada ictimaiyyətinə çatdırılmasını xahiş edib.

 

 

 

Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kanadali-parlamentar-cebrayil-ve-zengilan-rayonlarina-sefer-edib-3458

 

 

zline

Recent Posts

ASFA GRUP YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 19 MAYIS MESAJI

ASFA GRUP YÖNETİM KURULU BAŞKANI ASAF ATASOY `DAN 19 MAYIS MESAJI ASFA GRUP Yönetim Kurulu…

30 dakika ago

KW ORSA PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE GAZİANTEP`DEN MEHMET TAŞ `DAN 19 MAYIS MESAJI

KW ORSA PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE GAZİANTEP`DEN MEHMET TAŞ `DAN 19 MAYIS MESAJI KW…

5 saat ago

ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Araban…

5 saat ago

GERCÜŞ ZİRAAT ODASI BAŞKANI ŞEFİK ÖNER `DEN 19 MAYIS MESAJI

GERCÜŞ ZİRAAT ODASI BAŞKANI ŞEFİK ÖNER `DEN 19 MAYIS MESAJI Gercüş Ziraat Odası Başkanı Şefik…

6 saat ago

M. TÜRKİ GÜNDOĞAN `DAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

M. TÜRKİ GÜNDOĞAN `DAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Harran İlçesinde…

6 saat ago

AZİZ AKKUŞ `TAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI

AZİZ AKKUŞ `TAN 19 MAYIS ATATÜRK’Ü ANMA, GENÇLİK VE SPOR BAYRAMI MESAJI Akkuş Emlak Yönetim…

7 saat ago