Categories: SİYASET

İstanbulda Xocalı soyqırımına həsr olunmuş sənədli film təqdim edilib

 

 

 

İstanbulda Xocalı soyqırımına həsr olunmuş sənədli film təqdim edilib

, 2023

İstanbulda Xocalı soyqırımına həsr olunmuş sənədli film təqdim edilib

Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 31-ci ildöünümü ilə əlaqədar “Cəhənnəmə götürən koğuş” adlı sənədli film təqdim olunub.

Xarıbülbül Vizyon Teatr Dərnəyinin təşkilatçılığı ilə baş tutan təqdimat mərasimində Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımı qurbanları və Türkiyədəki dağıdıcı təbii fəlakət nəticəsində həlak olan insanların xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan dərnəyin rəhbəri Kəmalə Cabbarova bildirib ki, bəzən siyasətin keçmədiyi yerdə mədəniyyət və incəsənət öz sözünü deyə bilir. Odur ki, Xocalı həqiqətləri ilə bağlı haqq səsimizin dünyada ucadan duyulmasında bu cür sənədli filmlər, tamaşalar və sərgilər böyük rol oynaya bilər. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması naminə yaradılan imkanlara və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirən dərnək sədri erməni cinayətkarlarının ədalət məhkəməsi qarşısında cavab verəcəkləri günü səbirsizliklə gözlədiklərini bildirib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının rəhbəri Ədalət Turan, İnsan Haqları, Təhsil və Mədəniyyət Təşkilatının rəhbəri Məhsəti Şərif Özyürek müasir dövrümüzdə törədilmiş Xocalı soyqırımını Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi adlandırıb, bu faciənin unudulmasına imkan verməyən mədəniyyət və incəsənət əsərlərinin yaradılmasının önəmindən danışıblar.

Sonra xocalılara və şəhidlərə həsr olunmuş “Cəhənnəmə götürən koğuş” sənədli filmi nümayiş olunub. İstanbuldakı arxiv materialları əsasında ərsəyə gəlmiş filmin ssenari müəllifi və rejissoru Letafet Refik, montaj rejissoru Ümid Seyidoğlu, dizayneri Yasin Şeker, koordinatoru Yunus Soyupek, bədii rəhbəri Kəmalə Kemaldır. Filmin kadrarxası mətnini Burak Durmuş səsləndirib.

Filmin nümayişindən sonra yaradıcı kollektivə təşəkkür lövhələri təqdim olunub.

Tədbir çərçivəsində iştirakçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb, Xocalı soyqırımını və azad olunmuş torpaqlarımızda erməni vandalizmini əks etdirən fotosərgi təşkil edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/istanbulda-xocali-soyqirimina-hesr-olunmus-senedli-film-teqdim-edilib-2489

 

 

 

 

 

 

 

 

 

 

zline

Recent Posts

Birleşmiş Milletler Orta Asya Ekonomileri Özel Programı Koordinasyon Toplantısı

Birleşmiş Milletler Orta Asya Ekonomileri Özel Programı Koordinasyon Toplantısı .2024 Öncesi Sonraki   Coordination meeting…

35 dakika ago

Könüllülər diaspor nümayəndələri ilə görüşüb

Könüllülər diaspor nümayəndələri ilə görüşüb , 2024 Könüllülər diaspor nümayəndələri ilə görüşüb     Könüllülər…

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya vardı

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya vardı 2024 Cumhurbaşkanı Ersin Tatar’a havalimanında coşkulu karşılama   Cumhurbaşkanı @ErsinrTatar…

3 saat ago

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanla İran arasında dostluğun dərin kökləri və tarixi var”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Azərbaycanla İran arasında dostluğun dərin kökləri və tarixi var”, ÖZEL…

4 saat ago

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya gitmek üzere adadan ayrıldı

Cumhurbaşkanı Ersin Tatar Avustralya’ya gitmek üzere adadan ayrıldı .2024     Cumhurbaşkanı @ErsinrTatar, Kıbrıs Türklerinin…

5 saat ago