Categories: DÜNYA

İlham Əliyevin və Ukraynanın Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib

İlham Əliyevin və Ukraynanın Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib
Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edərək dedi:

-Təşəkkür edirəm!

Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə gözəl, çox məzmunlu söhbətimiz oldu. Mən onu, onun komandasını, xüsusən indiki vaxtda, COVID-ə baxmayaraq Ukraynada görməyimə çox şadam. COVID həqiqətən ölkələrimiz üçün böyük təhdiddir. Lakin biz başa düşürük ki, COVID-lə mübarizə aparmalıyıq, görüşməliyik ki, gələcəkdə ölkələrimiz arasında gözəl münasibətləri inkişaf etdirək.

Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək.

Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.

Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Təşəkkür edirəm cənab Prezident, məni Ukraynaya dəvət etdiyiniz üçün Sizə minnətdaram. Şadam ki, yenidən gözəl ölkənizə səfər edirəm. Qeyd etdiyiniz kimi, bu gün keçirdiyimiz təkbətək görüş çox məhsuldar olub. Ukrayna və Azərbaycan uzun illər ərzində bir-biri ilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik. İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var.

Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir.

Ukrayna ilə Azərbaycan arasında uzun illər qarşılıqlı surətdə faydalı əlaqələr davam edir. Əminəm ki, bu səfərdən sonra biz əməkdaşlığımızın daha da dərinləşməsini, bütün sahələrdə dərinləşməsini görəcəyik. Bir daha dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

X X X

Görüşdə iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı, nəqliyyat, enerji, qida təhlükəsizliyi sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.
kaynak:https://president.az/az/articles/view/55257

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

7 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

16 saat ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

18 saat ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

19 saat ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

22 saat ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

24 saat ago