Categories: SİYASET

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriyanı videoformatda qəbul edib.

Prezident İlham Əliyev Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında səmərəli əməkdaşlığı və təşkilatın ölkəmizə göstərdiyi dəstəyi qeyd edərək, Kunio Mikuriya ilə əvvəllər keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Ümumdünya Gömrük Təşkilatının Baş katibinin Azərbaycanla əməkdaşlığı daim diqqət mərkəzində saxlamasını yüksək qiymətləndirdiyini, təşkilatın dəyərli tövsiyə və məsləhətlərinin ölkəmizdə bu sektorun inkişafına töhfə verdiyini diqqətə çatdırdı.

Baş katib Kunio Mikuriya Azərbaycanda gömrük xidmətinin yaradılmasının 30 illiyi ərəfəsində Bakıda olmasından məmnunluğunu ifadə etdi, ölkəmizin regionda və dünyada rolunun artması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, rəhbərlik etdiyi təşkilatın Azərbaycanda gömrük sahəsində aparılan islahatlara dəstəyinin davam edəcəyini vurğulayaraq, Azərbaycanın regional inkişaf və nəqliyyat qovşağı mərkəzinə çevrildiyini bildirdi. Kunio Mikuriya Cənubi Qafqaz regionunda yaranmış sabitliyin regional əməkdaşlıq, insanlararası təmaslar və nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev ölkəmizin əlverişli coğrafi mövqeyi, infrastruktura yatırılmış investisiyalar, qonşu dövlətlərlə qurulmuş əlaqələr sayəsində Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrildiyini bildirdi və regional bağlantıların əməkdaşlıq üçün əlverişli mühit yaratdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı regional əməkdaşlıq məsələlərinə toxunaraq, COVID-19 pandemiyasının yaratdığı qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın keçən il əsas tərəfdaş dövlətlərlə ticarət dövriyyəsinin artmasının ölkə iqtisadiyyatının bərpasının və inkişafının göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti keçən il iqtisadiyyatın 5 faizdən çox, qeyri-neft sektorunun 7 faiz, qeyri-neft sənaye sektorunun isə 20 faiz artmasının aparılmış islahatların nəticəsi olduğunu qeyd etdi. Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münaqişənin bitməsindən sonra regionda əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğuladı.

Görüşdə Azərbaycan ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

 

kaynak:https://president.az/az/articles/view/55310

 

zline

Recent Posts

Dövlət Komitəsinin və ADDF-nin əməkdaşları Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Dövlət Komitəsinin və ADDF-nin əməkdaşları Türkiyənin Baş Ombudsmanı ilə görüşüb 2024 Dövlət Komitəsinin və ADDF-nin…

8 saat ago

“Birleşik Rusya” ve MGER, Ukrayna Silahlı Kuvvetlerinin saldırısı sonucu girişi tamamen yıkılan bir evden tahliye edilen Belgorod sakinlerine yardım sağlıyor

“Birleşik Rusya” ve MGER, Ukrayna Silahlı Kuvvetlerinin saldırısı sonucu girişi tamamen yıkılan bir evden tahliye…

10 saat ago

Dövlət Komitəsinin və ADDF-nin əməkdaşları Ankarada bir sıra görüşlər keçirib

Dövlət Komitəsinin və ADDF-nin əməkdaşları Ankarada bir sıra görüşlər keçirib 2024 Dövlət Komitəsinin və ADDF-nin…

11 saat ago

Birleşik Rusya aktivistleri Kazan koşu maratonuna katıldı

Birleşik Rusya aktivistleri Kazan koşu maratonuna katıldı 2024, Bu yıl Rusya’dan ve diğer ülkelerden yaklaşık…

13 saat ago

Political consultations between Tajikistan and Iran

Political consultations between Tajikistan and Iran .2024 Previous Next   Political consultations between Tajikistan and…

14 saat ago

CG GROUP AŞ. YÖNETİM KURULU BAŞKANI CENGİZ GİDER `DEN 14 MAYIS DÜNYA ÇİFTÇİLER GÜNÜ MESAJI

CG GROUP AŞ. YÖNETİM KURULU BAŞKANI CENGİZ GİDER `DEN 14 MAYIS DÜNYA ÇİFTÇİLER GÜNÜ MESAJI…

15 saat ago