Categories: DÜNYA

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğunu qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqların uğurla həyata keçirildiyini bildirdi və bu baxımdan ilk növbədə ölkələrimizin icra etdiyi birgə nəqliyyat və enerji layihələrinin önəmini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanla Gürcüstan arasında yükdaşımalarının həcminin, mövcud infrastrukturun buraxılış qabiliyyətinin artırılmasının zəruriliyini qeyd etdi və bunun üçün yaxşı əsasın yaradıldığını bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, ticarət dövriyyəsinin artımından məmnunluğunu ifadə edərək onun həcminin daha da çoxaldılması perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etdi.

Ölkələrimiz arasında sıx əlaqələrin mövcudluğunu vurğulayan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bütün sahələrdə, o cümlədən iqtisadi sferada əlaqələrin uğurla inkişaf etdiyini bildirdi, ölkələrimiz arasında həyata keçirilən enerji və nəqliyyat layihələrinin həm regional, həm də qlobal əhəmiyyətini qeyd etdi. Qonaq, eyni zamanda, ticarət dövriyyəsinin artırılması üçün də böyük potensialın mövcud olduğunu bildirdi.

Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edildi.

 

kaynak:https://president.az/az/articles/view/55805

zline

Recent Posts

Cumhurbaşkanı Ersin Tatar, Akçay Mehmet Erge Spor Kompleksi KOOPBANK Birkan Uzun Cimnastik Salonu’nun açılış törenine katıldı

Cumhurbaşkanı Ersin Tatar, Akçay Mehmet Erge Spor Kompleksi KOOPBANK Birkan Uzun Cimnastik Salonu’nun açılış törenine…

24 dakika ago

Bakan Birinci Yardımcısı’nın Birleşmiş Milletler Genel Sekreter Yardımcısı ile görüşmesi

Bakan Birinci Yardımcısı’nın Birleşmiş Milletler Genel Sekreter Yardımcısı ile görüşmesi .2024..jpg   Meeting of the…

2 saat ago

Cumhurbaşkanı Ersin Tatar, Boğazköy’de düzenlenen UBP Gençlik şöleni ve pikniğine katıldı

Cumhurbaşkanı Ersin Tatar, Boğazköy’de düzenlenen UBP Gençlik şöleni ve pikniğine katıldı .2024     Cumhurbaşkanı…

4 saat ago

Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız

Bülten No: 113 19 Mayıs 2024   Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız…

5 saat ago

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına teklifler sundu

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına…

8 saat ago

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur 2024…

9 saat ago