Haaqada dövlət bayramlarımız və “Odlar Yurdu” Cəmiyyətinin 20 illiyi qeyd edilib
Haaqada dövlət bayramlarımız və “Odlar Yurdu” Cəmiyyətinin 20 illiyi qeyd edilib
Niderlandın Haaqa şəhərində 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin 20 illiyi münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Öncə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib və Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Frəngiz Bağırova bildirib ki, 7 noyabr 2002-ci ildən fəaliyyətə başlayan cəmiyyətin yubileyinin möhtəşəm dövlət bayramları ilə eyni gündə qeyd edilməsi qərara alınıb. Cəmiyyətin indiyədək Azərbaycan həqiqətlərinin, mədəniyyətinin və incəsənətinin Niderlandda təbliğ olunması istiqamətində göstərdiyi uğurlu fəaliyyətdən danışan sədr Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində “Tərəqqi” medalı ilə təltif olunmasını fəaliyyətinin bəhrəsi kimi dəyərləndirib və bu etimada layiq görüldüyü üçün bir daha dövlət başçımıza minnətdarlığını ifadə edib. Bu illər ərzində rəhbərlik etdiyi cəmiyyətə mənəvi dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə, dost cəmiyyət və təşkilatlara təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən ölkəmizin Niderland Krallığındakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı və diaspor təşkilatlarının rəhbərləri soydaşlarımızı möhtəşəm bayramlar və cəmiyyətin yubileyi münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində Fikrət Amirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvü, Əməkdar artist, kamança ifaçısı Xəyyam Məmmədov, gənc ifaçıların III Respublika baxış müsabiqəsinin qalibi, xalq artisti Arif Babayevin tələbəsi, xanəndə Nəhmətağa Əliyev, Frəngiz Bağırova və tarzən Cavid Səlimov çıxış ediblər. Onların ifasında konsert proqramı təqdim edilib.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
kaynak:http://diaspor.gov.az/az/news-detail/haaqada-dovlet-bayramlarimiz-ve-odlar-yurdu-cemiyyetinin-20-illiyi-qeyd-edilib-1878