Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə və gənclərə COP29 haqqında məlumat verilib
2024
Gürcüstanda yaşayan azərbaycanlı yeniyetmə və gənclərə COP29 haqqında məlumat verilib
Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən “Təhsil və Mədəniyyət Mərkəzi”ndə həmin ölkədə yaşayan azərbaycanlı yeniyetmə və gənclərlə növbəti görüş COP29-a həsr olunub.
Görüşü açan Mərkəzin direktoru Raida Dərziyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iqlim dəyişikliyi ilə mübarizədə dünyanın mühüm tədbirlərindən biri olduğunu vurğulayıb və COP29-un Bakıda keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra Mərkəzin Azərbaycan şöbəsinin müəllimi Dilbər Babayeva şagirdləri iqlim dəyişkənliyi barədə məlumatlandırıb.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/gurcustanda-yasayan-azerbaycanli-yeniyetme-ve-genclere-cop29-haqqinda-melumat-verilib-4559