Categories: BugünGÜNDEM

Eskişəhər , Türkiyədən “Dünyaya açılan Yeni Nəfəs” “Go Türkiye” ÖZEL

Ülker Piriyeva – Azerbaycan

Qardaş Türkiyənin İç Anadolu bölgəsində yerləşən gözəl şəhər Eskişəhər..

Məncə, Eskişəhər anladılmaz, mütləq qarış-qarış gəzilməli və yaşanmalıdır.

Adına inad, günbəgün gözəlləşən və modernləşən şəhər – Eskişəhər..

Türkiyədə zamanın ürəyinin başqa cür bir həyəcanla döyündüyü bir şəhərdir, Eskişəhər..

1453 Kral Media Azərbaycan təmsilçisi Ülkər Piriyeva – “Bu gün Eskişəhər dünyanın ən inkişaf etmiş şəhərləri sırasındadır. Eskişəhər haradadır sualına cavab olaraq – “Türk Dünyasının Mədəniyyət Paytaxtı və YUNESKO-nun Mədəni İrs siyahısına daxil edilmiş olaraq İç Anadolu Bölgəsinin mədəni keçmişini göstərən dərin bir şəhər”dir. Həm də bu sayədə vurğunu olacağınız gözəlliyi ilə şəhər sizlərə unudulmaz tətil təcrübəsi yaşadacaq.”


Adı ilə belə məşhur olan Eskişəhər daha nəyi və ya nələri ilə məşhurdur?

Beləliklə ilklər, münbit hövzələr, yeraltı sərvətlərlə dolu dağlar və zəngin mədəniyyətinin sayəsində Eskişəhərin nə ilə məşhur olduğu sualına çoxlu cavablar verilir. Məhz, Türkmən dağının ətəyindən çıxarılan və şəhərin məşhur dəyərləri arasında ən çox adı çəkilən Kalabak suyu Türkiyədə içməli sular siyahısında 3-cü yeri tutur. Təbii ki, təqdim etdiyi faydalar baxımından şəhərin dünyaca məşhur olan termal bulaqları ilə rəqabət aparan kalabak suyunu dadaraq əldə etdiyiniz şəfanı iki qat artıra bilərsiniz. Həmçinin, ağ qızıl kimi tanınan dəniz köpüyü, Eskişəhər daşı, lülədaşı Türkiyənin tək emal edilə bilən lülədaşıdır. Radiasiya udma xüsusiyyəti ilə məşhur olan lülədaşından hazırlanan məmulatlar Eskişəhər sənətkarlarının dəzgahlarında şəhərin əl işi məhsulları ilə təbii, səmimi və ahəngdar bir bütövlük yaratmaqdadır. Heyvanlara xüsusi düşkünlüyünüz varsa, qeyd edək ki, Sivrihisar ətrafında yetişdirilən Eskişəhərdə ən çox bəyənilən çoban itləri arasında yer alan Akbaş itinin məmləkətidir..

Eskişəhər Türkiyəmizin ən modern şəhərlərindən biri olsa da, istiqanlı təbiəti ilə hər zaman diqqət çəkən, rahat otelləri ilə də sizə ən az evinizin rahatlığını tam təmin edən bir özəlliyə sahibdir.

Eskişəhər, qışda mərkəzində daha mülayim hava şəraiti olan, rayonlarında isə yayda daha sərin hava şəraiti ilə fərqlənir. Bundan başqa Lüks otellərdən apart otellərə, butik otellərdən hostellərə qədər büdcəniz və məkan zövqünüz daxilində ən ideal seçimi edə bilərsiniz. Təmiz, rahat məkan və mehriban komandası ilə..

Eskişəhərin sosial sənət mərkəzlərində sənətin hər növündən zövq ala bilərsiniz. Bu şəhərdə gəzməli yerlər arasında şəhərin məşhur muzeyləri ilə yanaşı, Xan Antik Şəhəri, Midas Anıtı, Odunpazarı Evləri və bir çox görməli yerlərində tarixə bir başqa pəncərədən səyahət etmək fürsəti əldə edə bilərsiniz. Digər tərəfdən Porsuk çayı – ( Eskişəhərə fərqli bir atmosfer qatan Porsuk çayında qayıqlarla səyahət edə bilərsiniz. İç Anadolunu əhatə edən bu çay turistlərin diqqətini çəkməkdədir. Ətrafdakı otellərdə yerləşmə ilə yanaşı, otellərin pəncərələrinin əksəriyyətində Porsuk çayına rahatlatıcı mənzərə açılır. Səhər yuxudan oyandığınızda önünüzdə möhtəşəm təbiət mənzərəsi ilə qarşı-qarşıya olacaqsınız) və Quş Cənnəti kimi təbii əraziləri ilə dünyaca məşhur olan şəhərdə tərtəmiz termal spalarda çox gözəl və keyifli zamanlar keçirə bilərsiniz.

Beləcə, yerli əhalisi ilə bərabər Avropa və Qafqazdan gələn mühacirlərin təsiri ilə bugünkü multikultural kimliyə çatan Eskişəhər həm də izah edə bilməyəcəyimiz zəngin bir süfrə mədəniyyətinə malikdir. Demək istərdim ki, tipik bir Anadolu şəhərindən çox fərqli bir atmosferə sahib olan Eskişəhər həftə sonlarınız üçün və uzun müddətli tətilləriniz üçün seçilə biləcək ən ideal yerlər sırasındadır.

Təbii ki, şəhərin populyarlığının artmasında Avropasayağı görkəminin böyük payı da var. Lakin bu vəziyyətdə Balkanlar və Krımdan gələn mühacirlərin şəhər mədəniyyətinə töhfələri də mühüm rol oynadığı görünür.

Eskişəhərin zəngin bir mətbəx mədəniyyəti var. Belə ki, məşhur şorba mədəniyyətini qeyd edə bilərik. Şorbanızdan sonra bükmə, kobet, cantik börəkləri dada bilərsiniz, sonra isə balaban kababı, kələm dolması, Şirniyyata can atırsınızsa, şəhərin unikal ləzzətlərindən biri olan met və ya nuqa halvasını tövsiyə edə bilərik.

Eskişəhər Böyükşəhər Bələdiyyəsi tərəfindən 9 Mart 2019-cu ildə inşa edilən Ulus abidəsi – Abidə İsmət İnönü küçəsində, Stansiya qovşağında yerləşir. Qəhrəman Türk millətinin ortaq dəyərlərini və istiqlal mübarizəsini simvolizə edən bu abidənin ətrafı bu gün məşhur meydan kimi xalqın görüşdüyü yerlər sırasındadır, çox zəngin bir əsər olan Ulus abidəsi Eskişəhərin simvolik strukturları arasında yer almaqdadır. Qeyd edim ki, İranlı heykəltəraş Afşin Esfandyari tərəfindən inşa edilən abidə Türkiyə üçün çox mənalı bir abidədir və Ulus abidəsinin zirvəsində Mustafa Kemal Paşa Atatürkün heykəli var.

Odunpazarı Müasir Muzeyi – OMM deyə adlanır..

OMM – Eskişəhərdən “Dünyaya AÇILAN YENİ NƏFƏS” – deyərdim.

Təxminən 4500 kvadratmetrlik sahəni əhatə edən Odunpazarı Müasir Muzeyi 2019-cu ildən ziyarətçilərin üzünə açıqdır. Muzeyin giriş mərtəbəsi kifayət qədər genişdir və ziyarət edə biləcəyiniz ümumilikdə 3 mərtəbə var. Qeyd edim ki, OMM yuxarı mərtəbələrə doğru dar strukturda layihələndirilib.
Belə ki, OMM muzeyi sizlərə müxtəlif sərgi sahələrində təsirli əsərlər təqdim edir.

Beləliklə, OMM-yə daxil olarkən biz, jurnalistləri qarşılayan Eskişəhər Mədəniyyət və Turizm Müdiri Şennur Azade xanım oldu. Şennur Azadə xanım Azadmedia.az-a verdiyi reportajda – “Eskişəhərdə açılan OMM muzeyi ilə bərabər, digər mədəniyyət və incəsənət mərkəzləri, heyranedici memarlıq strukturları, idman mərkəzləri, qastronomik tədbirlər, festivallar və daha bir çox alternativlərlə şəhərin tamamilə fərqli bir ruh aldığını və turistlər üçün təqdim edilən çox yönlü imkanların cazibə mərkəzinə çevrildiyini qeyd etdi. İnanıram ki, Eskişəhərin mövcud cazibə nöqtələri ilə yanaşı, yeni ideyalar da yaratmalıyıq və düşünürəm ki, eskişəhərlilərlə birlikdə bu mövzuda dünya səviyyəsində yeni addımlar ata bilmişik və bilirik” və həmçinin Eskişəhər üçün fərqli və qabaqcıl layihələrin əhəmiyyətini vurğuladı.

Sonda isə Şennur Azadə xanım dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlərə və 1453 Kral Medianın Azərbaycan əməkdaşlığı – Azadmedia.az-ı təmsil edən Jurnalist, politoloq Ülkər Piriyevaya Eskişəhər və OMM ilə bağlı materialları hədiyyə olaraq təqdim etdi. Jurnalistlər öz növbəsində xoş xatirə hədiyyəsi üçün minnəttarlıqlarını bildirdilər.

Xüsusilə diqqətçəkən əsərlər sırasında, Dünya şöhrətli bambuk sənəti ustası
IV Çikkunsai Tanabe tərəfindən “Pələng bambuk”dan hazırlanmış olan əsər muzeyin ən gözdə və sevimli əsərlərindən biridir.

Muzeyin memarlıq qrupunun yaradıcıları olan KKAA və OMM-nin ekoloji cəhətdən təmiz bir şəkildə işlərini davam etdirməsindən ilhamlandığını bildirən Ç. Tanabe öz əsərində təbiətdəki dörd ünsürdən (od, hava, su, torpaq) və insandan mövzu kimi istifadə edib.


Tanabe belə vurğulayıb – “Mən quraşdırmanın yerləşdiyi məkanı “boşluq” kimi qəbul edirəm və biz insanlar məkanı başqa elementlərlə doldururuq. Bu elementlər daimi hərəkət vəziyyətindədirlər və bir-birinə qarışaraq yuxarıya doğru qalxırlar. Beşinci mövzu əslində Eskişəhərdə tanış olduğum insanlar, onlarla münasibətlərim və onların bir araya gətirdiyi qarşılıqlı əlaqədir. Bu qarşılıqlı əlaqənin və dostluğun Eskişəhərdə yayılmasına və daxil edilməsinə diqqət yetirdim. Eynilə, mən də təsəvvür edirəm ki, Eskişəhərdə OMM açılandan sonra buradakı həyat bütün şəhərə yayılacaqdır”.

Bəli, “Dinamik, Orijinal və Polifonik” Yeni Platforma: Odunpazarı Müasir Muzeyi.. – OMM

Eyni zamanda daimi kolleksiyalarda Jaume Plansa, Canan Tolon, Erdağ Aksel, Erol Akyavaş kimi rəssamların da əsərləri yer almaqdadır, qısacası, müasir incəsənətlə maraqlananlar üçün məşhur bir muzey olan – OMM.

Həmçinin, Türkiyənin və dünyanın müxtəlif yerlərindən müasir incəsənət mövzulu əsərlərini görə biləcəyiniz muzey, ilk növbədə taxta quruluşu və Yapon memarlığı ilə diqqət çəkir.

Muzeydə yeni media hərəkatının nümunələrinə, xüsusən də rəsm və heykəltəraşlıq əsərlərinə rast gəlmək mümkündür. Binada hər cür şərait mövcuddur, beləliklə, əgər sizlər modern incəsənət mövzusu və ya nümunələri ilə maraqlanırsınızsa, Eskişəhərdəki OMM-yi mütləq ziyarət etməlisiniz.

Türkiyədə istehsal olunan dörd Devrim avtomobilindən birini Eskişəhərdə görmək mümkündür.

Mülki və hərbi döyüş təyyarələrinin sərgiləndiyi Eskişəhər Aviasiya Muzeyi şəhərin ən maraqlı muzey nümunələri arasındadır.

Anadolunun ən böyük taxta dirəkli məscidi – Anadoluda çox olmayan taxta dirəkli və taxta tavanlı məscidlərin ən əhəmiyyətli nümayəndələrindən biri olan Sivrihisar Ulu Məscidi 2016-cı ildən bəri YUNESKO-nun Dünya Mədəni İrsi müvəqqəti Siyahısına daxil edilmişdir. Məscid 1274-cü ildə Mövlana Cəlaləddin Ruminin davamçılarından biri tərəfindən tikilmişdir. Ehtimal ki, 1485 kvadratmetr sahədə qurulan Sivrihisar Ulu Məscidinin damını 67 taxta dirək daşıyır. Bu sütunlardan altısı motivlərlə bəzədilib. Sütunların yuxarı hissələri rozetlər, palmetlər, həndəsi və nəbati motivlərlə bəzədilmişdir. Dörd giriş qapısı olan məscidin minarəsinin kitabəsində 1409-cu ildə Osmanın oğlu Hacı Həbib tərəfindən tikildiyi yazılıb. Sivrihisar xalçaçılığının gözəl nümunələrini məsciddə də görmək olar.

XIII əsrdə yaşamış yumor qəhrəmanı Nəsrəddin Hocanın Sivrihisarın Hortu kəndində doğulduğu qeyd edilir. Əslində, sivrihisarlılar da həmyerlilərini tanıtmaqdan qürur duyurlar.

Zövqlə, yorulmadan gəzə biləcəyiniz yerlər sırasında – Odunpazarı evləri

Odunpazarının ənənəvi evləri turistik baxımdan çox təsir edici bir atmosfer yaratmaqdadır. Onu da deyim ki, şəhərin ilk məskəni kimi tanınan və tarixi eramızdan əvvəl 1400-cü ilə qədər uzanan Odunpazarıda Kurşunlu Məscidi və Külliyesi, Lülədaşı Muzeyi, Atlıxan Əl sənətləri bazarı, Bal şamı Heykəllər Muzeyi, Müasir Şüşə İncəsənət Muzeyi, Osmanlı Evi kimi yerləri də ziyarət edə bilərsiniz.

Bəli, başdan ayağa tarix qoxuyan şəhərin nostalji mərkəzi olan Odunpazarı Eskişəhərdə gəzməli yerlər siyahısında birinci yeri tutmaqdadır.

Bura, turistlər üçün çox cəlbedici bir yerdir. Evləri, küçələri, muzeyləri, insanları və ümumi tarixi toxunuşuyla.

Odunpazarı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan, mahiyyətini qoruyub saxlayan, eyni zamanda turistik baxımdan da böyük diqqət çəkən yerlərdən biridir. Şəhərin cənub təpələrində tikilmiş bu tarixi bölgədə Osmanlı memarlığını əks etdirən evlər böyük diqqət çəkir. Həmçinin Odunpazarıya səciyyəvi xüsusiyyət qazandıran və Osmanlı memarlığını əsrlər əvvəlindən günümüzə qədər daşıyan tarixi evlər bugünə qədər çox yaxşı qorunub saxlanılmışdır.

Qeyd edək ki, Odunpazarında pəncərəli, rəngli və bir-birinə bitişik evlər də dövlətin məsul qurumları tərəfindən vaxtaşırı bərpa olunur.

Önəmlisi burasıdır ki, təmirli evlərin bəzilərində hələ də yaşayanlar var, lakin əksəriyyəti restoran, kafe, muzey və mağaza kimi istifadə olunmaqla bərabər dar küçələrdə 2-3 mərtəbəli evlər yan-yana düzülməkdədir.

Atlıxan Əl Sənətləri Çarşısı – XIX əsrin ortalarında yaşayış yeri olaraq inşa edilən Atlıxan Əl Sənətləri Çarşısı zamanla bölgə əhalisinin ictimai, siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. XX əsrin ikinci yarısından sonra funksiyasını itirən bina 2006-cı ildə bələdiyyə tərəfindən orijinal arxitekturasına uyğun olaraq yenidən inşa edilmişdir. 768 metr ərazidə qurulan mehmanxana iki mərtəbəlidir və 30-a yaxın atelyedən ibarətdir, sexlərdə ənənəvi əl işlərinin istehsalı, nümayişi və satışı həyata keçirilir. Eskişəhər əl işləri baxımından çox inkişaf etmiş və gözəl sənətkarlıq məhsulları ilə dolu bir şəhərdir.

Eskişəhərdə eşq şəhəri imicini yaratmaq məqsədilə 2010-cu ildə açılan “Şehri Aşk” adası Porsuk çayı üzərində qurulmuş süni bir adadır. Açılışına bir çox yerli və xarici məşhurun qatıldığı Şehri Aşk adası eskişəhərlilər tərəfindən coşğu ilə qarşılanıb. Bütün şəhər sevgi motivləri ilə bəzədilib. Hətta Eskişəhərdə yaşadığı güman edilən Yunus Əmrənin sevgidən bəhs edən misralarına da yer verilib. Dinc vaxtlar keçirmək istəyirsinizsə, ŞehriAşk adasını istənilən gün və istənilən vaxt ziyarət edə bilərsiniz.

Özünəməxsus təbiət mənzərəsi və ürəkaçan yaşıllığı ilə hər kəsi özünə valeh etməyi bacaran Gönül dağı.. Beləliklə, kiçik torpaqlarda böyük xəyallar quranlar silsiləsi.. Sizi özünə çəkəcək “Gönül dağı” hekayəsi..
Bəli, çöldə bir Anadolu nağılı.. İllərdir danışılan əfsanələrin, unudulmaz sevgilərin, kiçik torpaqlarda böyük arzular böyüdən uşaqların unudulmaz hekayəsi..

Qeyd edim ki, Eskişəhər bir vilayətdir və Türkiyə Cumhuriyyətinin ən çox əhalisi olan iyirmi beşinci şəhəridir. Bundan əlavə, əhalisinin sayına görə Ankara, Konya və Kayseridən sonra İç Anadolu bölgəsinin 4-cü böyük vilayətidir. 1993-cü ildə qəbul edilən qanunla Böyükşəhər Bələdiyyəsi oldu. Əhalisi 898,369 nəfərdir. Beləliklə, burada təhsil almaq istəyi olanlar üçün hər şeyi ilə əlverişlidir. Porsuk çayının ortasından keçən şəhər, Osmanqazi Universiteti, Eskişəhər Texniki Universiteti və Anadolu Universitetinin olması səbəbindən “tələbə şəhəri” kimi də gözəl görüntü bəxş edir.

Eskişəhər ilk çağlardan Səlcuqlu dönəminə, Osmanlı dönəmindən Cumhuriyyət dönəminə qədər tarixi izlər daşıyır. Keçmişini sabahlara daşıyan və hər daiç müasirləşən şəhər Eskişəhər..

Qeyd: Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy,
Eskişəhər Valisi Erol Ayyıldız,

Eskişəhər Böyükşəhər Bələdiyə başqanı Yılmaz Büyükerşen, Eskişəhər İl Mədəniyyət və Turizm Müdiri Şennur Azade xanıma, “Go Turkiye” rəhbərliyinə – media əlaqələr şöbəsi Tarık Erenə, Tur rəhbəri Seçkin Ercana təşəkkürlərimizlə..

zline

Recent Posts

Tacikistan ile Çin arasında bakanlıklar arası istişareler

Tacikistan ile Çin arasında bakanlıklar arası istişareler.

2 saat ago

Inter-ministerial consultations between Tajikistan and China

Inter-ministerial consultations between Tajikistan and China.

2 saat ago

Bakan Birinci Yardımcısının AGİT PA Delegasyonu Başkanı ile Toplantısı

Bakan Birinci Yardımcısının AGİT PA Delegasyonu Başkanı ile Toplantısı.

4 saat ago

Meeting of the First Deputy Minister with the Head of the OSCE PA Delegation

Meeting of the First Deputy Minister with the Head of the OSCE PA Delegation.

6 saat ago

İlham Aliyev, Bakü’nün Nesimi ilçesinde yeni inşa edilen parkta oluşan koşullarla tanıştı

İlham Aliyev, Bakü'nün Nesimi ilçesinde yeni inşa edilen parkta oluşan koşullarla tanıştı.

7 saat ago

Cumhurbaşkanı Ersin Tatar KKTC ve Türkiye Milli Olimpiyat Komitesi heyetlerini kabul etti

Cumhurbaşkanı Ersin Tatar KKTC ve Türkiye Milli Olimpiyat Komitesi heyetlerini kabul etti.

9 saat ago