Categories: KÜLTÜR SANAT

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib

 

 

 

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib
, 2023

 

 

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib

 

 

 

ABŞ-da yaşayan azərbaycanlı rejissor Elmar Bayramov müəllifi olduğu “Nəfəs” (“Breath”) qısametrajlı filminə görə 14-cü Bakı Beynəlxalq Qısa Film Festivalının (yerli müsabiqə) ən yaxşı rejissoru nominasiyasının qalibi olub.

 

 

 

Rejissor bildirib ki, bu günlərdə “Nəfəs” filminin Haaqa Beynəlxalq Film Festivalının əsas proqramina daxil edilməsi barədə xoş xəbər alıb. Haaqa Beynəlxalq Film Festivalının direktoru Dr. Avniş Rajvanşinin adından Elmar Bayramova ünvanlanan məktubda bildirilib ki, azərbaycanlı rejissorun ekran əsəri 80 ölkədən 600 film arasından seçilib.

 

 

 

 

Qeyd edək ki, bu ilin əvvəlində Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun dəstəyi ilə “Nəfəs” filminin ABŞ-nin Nyu-York və Boston şəhərlərində təqdimatı keçirilib.

 

 

 

 

“Nəfəs” qısametrajlı filmi Birinci Qarabağ müharibəsində əsir düşənlərə həsr olunub. Filmdə müharibənin ağır təsirləri, insanların həyatında qoyduğu ağır psixoloji fəsadların post-müharibə dövründə də davam etdiyi, müharibə sonrası şəxsiyyətin cəmiyyətə reinteqrasiyasının çətinlikləri diqqətə çatdırılıb. Çəkilişləri Azərbaycanda aparılan film “Old stone pictures” və “Black Garden Company” şirkətlərinin Azərbaycan Diasporuna Dəstək Fondu ilə əməkdaşlığı çərçivəsində istehsal olunub.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə Elmar Bayramovu təbrik edir, yaradıcılıq fəaliyyətində davamlı uğurlar arzulayır.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/elmar-bayramovun-nefes-filmi-haaqa-beynelxalq-film-festivalinin-esas-proqramina-daxil-edilib-3818

 

 

 

zline

Recent Posts

Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız

Bülten No: 113 19 Mayıs 2024   Başkan Mehmet Kuş: Dört Kompleksimizin Açılışını Birlikte Yapacağız…

28 dakika ago

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına teklifler sundu

“Birleşik Rusya”, konut ve toplumsal hizmetlerin kapsamlı modernizasyonu için bir programın oluşturulması konusunda İnşaat Bakanlığına…

3 saat ago

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur

Alexander Asafov: “Birleşik Rusya”nın elektronik ön oylaması sosyal ve politik yaşamın en önemli unsurudur 2024…

4 saat ago

GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR

TARİH 19.05.2024 İLETİ NO 184 KONU GENÇLER, HALİLİYE BELEDİYESİ İLE SPOR ALIŞKANLIĞI KAZANIYOR GENÇLER, HALİLİYE…

4 saat ago

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme

Kuveyt Dışişleri Bakan Yardımcısı ile görüşme .2024..jpg   Meeting with Deputy Foreign Minister of Kuwaithttps://t.co/zcd9hbBpcN…

6 saat ago