Categories: DÜNYA

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

2023

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 21-ci və Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasının 5-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin Komitənin binasındakı büstü ehtiramla ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

 

 

 

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov bu əlamətdar gün münasibətilə diaspor hərəkatına töhfə verən hər bir azərbaycanlını təbrik edib. Diasporla İş üzrə Dövlət Komitəsinin müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılmış “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisi olduğunu xatırladıb.

 

 

 

Heydər Əliyev siyasi kursunun hazırda da uğurla davam etdirildiyini, qalib xalqımızın diaspor hərəkatının yeni mərhələyə qədəm qoyduğunu və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayında dövlət başçımızın tövsiyələri istiqamətində fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli mədəni irsimizin qorunub saxlanması, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil təşkilatlanması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Dünyanın müxtəlif ölkələrində təsis edilmiş Koordinasiya şuralarının, xaricdəki həmvətənlərimizin istifadəsinə verilmiş Azərbaycan evlərinin, Qarabağ, Nizami Gəncəvi və Xurşidbanu Natəvanın adlarını daşıyan Azərbaycan dili məktəblərinin buna bariz nümunə olduğunu vurğulayıb.

Ardınca Komitənin yaradılmasını, fəaliyyətini, Heydər Əliyevin Azərbaycan diasporunun təşkilatlanmasına dair fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev hesabatla çıxış edib, Fondun 5 illik fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

 

 

 

 

Çıxış edən diaspor nümayəndələri Səadət Abdullayeva (Gürcüstan), Ələddin Məmmədov (Rusiya), Əjdər Tağızadə (İsveç), Teymur Rzayev (Türkiyə), Maya Bağırova( Fransa), Ceyhun Nəcəfov (Kanada), Kamilla Məmmədova və Zəminə Mirhadıyeva (ABŞ) Komitənin və Fondun yaradılmasını diaspor tarixində mühüm hadisə adlandırıblar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin zəngin mədəni irsinin təbliği istiqamətində həyata keçirilən fəaliyyət istiqamətlərini yüksək qiymətləndiriblər.

 

 

 

 

 

 

Tədbirdə iştirak edən Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbok Azərbaycana sevgisindən və Azərbaycan musiqisinin gözəlliklərindən söz açıb. Çıxışını “Qarabağ Azərbaycandır!” sözləri ilə tamamlayan musiqiçi kamançada muğam parçası ifa edib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diasporla-is-uzre-dovlet-komitesinin-ve-azerbaycan-diasporuna-destek-fondunun-yaranma-gunleri-qeyd-edilib-3193

zline

Recent Posts

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation

Meeting of the Deputy Minister with the Secretary General of the Organization of Islamic Cooperation.

14 saat ago

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi

Bakan Yardımcısının İslam İşbirliği Teşkilatı Genel Sekreteri ile görüşmesi.

24 saat ago

Tacikistan ile Almanya arasında siyasi istişareler

Tacikistan ile Almanya arasında siyasi istişareler.

1 gün ago

Political сonsultations between Tajikistan and Germany

Political сonsultations between Tajikistan and Germany.

1 gün ago

Birleşik Rusya, sambo’yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor

Birleşik Rusya, sambo'yu zorunlu beden eğitimi dersi haline getirmeyi teklif ediyor.

1 gün ago

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu’nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi

Birleşik Rusya, Hantı-Mansi Özerk Okrugu'nda okul çocukları için bir sosyal yardım merkezine gezi düzenledi.

1 gün ago